Rusiya cümə axşamı Berinin Rusiya yayımçısı RT DE-ni qadağan etməsinə cavab olaraq Almaniya yayımçısı Deutsche Welle-nin fəaliyyətini dayandırdığını bildirib.
Rusiyanın xarici işlər nazirliyi yaydığı bəyanatda bildirib ki, Rusiya Deutsche Welle-nin Rusiya bürosunu bağlayır, bütün işçilərinin akreditasiyasını ləğv edir və kanalın Rusiya ərazisində yayımlanmasının qarşısını alır.
Almaniyanın media nəzarətçisi MABB və media qurumlarının Lisenziyalaşdırma və Nəzarət Komissiyası (ZAK) bu həftə bildirib ki, RT DE Serbiya lisenisyasından istifadə edərək Almaniyada yayımlana bilməz.