Accessibility links

Rusiya məhkəməsi Krımın din xadimini 17 il müddətinə azadlıqdan məhrum edib


Imam Raif Fevziyev
Imam Raif Fevziyev

Rusiyanın cənub-qərbində yerləşən Rostov şəhərinin məhkəməsi Krım tatarı fəalı və din xadimi Raif Fevziyevi hakimiyyəti ələ keçirməyə cəhdində və terrorçu qruplaşmanın fəaliyyətini təşkil etməkdə ittiham edərək, 17 il müddətinə azadlıqdan məhrum edib.

"Krım Həmrəyliyi" ictimai qrupunun bildirdiyinə görə, Cənub Hərbi Dairə Məhkəməsi yanvarın 12-də Fevziyevə həbs cəzasının ilk üç ilini həbsxana kamerasında, qalanını isə cəzaçəkmə müəssisəsində keçirməyə məhkum edib. Məhkəmə əlavə edib ki, Fevziyev azadlığa çıxdıqdan sonra 18 ay müddətində şərti azadlıq olaraq, nəzarət altında qalacaq.

Krımdakı müsəlman icmasının imamı Fevziyev bütün ittihamları rədd edərək, ona qarşı işin Rusiya polisi tərəfindən uydurulduğunu deyib.

O, ötən ilin avqust ayında digər dörd Krımın tatar fəalı ilə birlikdə Ukraynanın Moskva tərəfindən ilhaq edilmiş Krım yarımadasında Rusiya tərəfindən təyin edilmiş polis tərəfindən evlərində axtarış aparıldıqdan sonra həbs edilib.

Ukrayna rəsmiləri Fevziyev və daha dörd Krım tatarının həbsini pisləyib. Ukrayna prezidenti Volodimir Zelenski isə bu addımın "insan haqlarının açıq şəkildə pozulması" olduğunu deyib.

Rusiya 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq edəndən bəri Rusiya hakimiyyəti onlarla Krım tatarını müxtəlif ittihamlarla mühakimə edib. İnsann haqları təşkilatları bütün ittihamları qondarma adlandırıb.

Yanvarın 11-də Rostovun eyni məhkəməsı beş Krım tatarını Rusiyada qadağan edilmiş, lakin Ukraynada qanuni olan "Hizb-ut-Təhrir" dini qrupuna üzv olmaq ittihamı ilə uzunmüddətli həbslərə məhkum edib.

Hüquq müdafiəçiləri və Qərb hökumətləri Krımda türkdilli Krım tatar icmasının üzvləri və Moskvanın yarımadanı ələ keçirməsinə qarşı çıxan digər insanları hədəf alan repressiya kampaniyasını pisləyib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG