Accessibility links

Rusiya üç bölgəsində Ukraynaya məxsus pilotsuz təyyarələri məhv etdiyini bildirib


Rusiya ordusu bazar ertəsi Ukraynanın Rusiya ərazisinə çoxsaylı pilotsuz təyyarə hücumlarının qarşısını aldığını bildirib.

Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Bryansk vilayəti üzərində dörd, Oryol vilayəti üzərində iki, Belqorod bölgəsində isə Ukraynaya məxsus bir pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Ukrayna Müdafiə Nazirliyi bazar ertəsi Rusiyanın Donetsk, Sumı, Dnepropetrovsk və Xarkiv vilayətlərinə hava hücumları ilə bağlı xəbərdarlıq edib.

Ukrayna prezidenti Volodimir Zelenski Roma Papası Fransisin Ukraynanın Rusiyanın təcavüzündən iki il sonra Rusiya ilə danışıqlar aparmaq üçün "cəsarətli" olması ilə bağlı son şərhini dolayısı ilə tənqid edib.

Bazar günü gecə etdiyi video-müraciətində Zelenski Ukraynanın cəbhədə "həyatı və insanlığı qoruyan", "dua, söhbət və əməlləri" ilə orduya dəstək göstərən din xadimlərinə təşəkkür edib.

"Kilsə budur - xalqla birlikdir. İki min kilometr yarım aralıda, haradasa yaşamaq istəyənlərlə sizi məhv etmək istəyənlər arasında virtual meditasiya axtarmaqda deyil" - deyə, Zelenski Roma Papasının İsveçrənin RSI telekanalına müsahibəsi zamanı dediklərinə işarə edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da sosial mediada Papanın dediklərini tənqid edərək, "Bizim bayrağımız sarı və mavidir. Bu, bizim altında yaşadığımız, öləcəyimiz və qalib gəldiyimiz bayraqdır. Biz heç vaxt başqa bayraqları qaldırmayacağıq" - deyə, bildirib.

Kuleba Papanı qarşı tərəfləri "eyni səviyyəyə qoymamağa" və "yaxşılığın tərəfində" durmağa, bunu "danışıqlar" adlandırmamağa çağırıb.

O, həmçinin Papaya "sülh üçün daimi dualarına" görə təşəkkür edib və Kyivin onun Ukraynaya səfər edəcəyinə ümid etdiyini bildirib.

Vatikanın sözçüsü Matteo Bruni tənqidlərə cavab olaraq, Roma Papasnını Ukraynanın tam təslim olması əvəzinə "düşmənçiliyi dayandırmağa (və) danışıqların cəsarəti ilə barışıq əldə etməyə" çağırdığını deyib.

Forum

XS
SM
MD
LG