İspaniyanın “El Pais” qəzeti Vaşinqton və NATO-nun Rusiyanın bu yaxınlarda irəli sürdüyü təhlükəsizlik tələblərinə cavabları özündə əks etdirdiyini iddia etdiyi sənədələri çap edib. Sənəddə göstərilir ki, Birləşmiş Ştatlar Ukraynada yerüstü raketlərin və ya döyüş qüvvələrinin yerləşdirilməsi ilə bağlı qarşılıqlı razılaşma üzrə Rusiya ilə danışıqlar aparmağa hazırdır.
Sənəd Böyük Britaniyanın baş naziri Boris Consonla Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan telefon zəngingən əvvəl çap olunub.
Sənəddə iddia olunur ki, hərbi insidentlərin məhdudlaşdırılması üçün tədbirlər görülməlidir. Eləcə də NATO-nun üzvləri Rumıniya və Polşada ''Tomahawk'' raketlərinin quraşdırılmadığını Moskvaya sübuta yetirmək imkanları nəzərdə tutulur.
Sənəd "NATO müdafiə alyansıdır və Rusiya üçün heç bir təhlükə yaratmır" cümləsi ilə başlayır. Daha sonra bildirilir ki, "Biz həmişə Avro-Atlantik məkanda sabitlik və təhlükəsizlik, birlik, azad və sülh içində olan Avropa üçün səy göstərmişik. Bunlar bizim məqsədlərimiz və davamlı baxışımız olaraq qalır".
Sənədlər ötən ay Rusiyanın Ukrayna ilə sərhədinə yaxın ərazilərdə 100 mindən çox hərbçi toplaması ilə bağlı Moskva ilə Qərb arasında gərginliyi azaltmaq üçün diplomatik danışıqlar fonunda Kremlə göndərilib.
El Pais sənədləri necə əldə etdiyini açıqlamayıb. Və NATO Reuters agentliyinə bildirib ki, İspaniya qəzetinin dərc etdiyi məlumatı şərh edə bilməyəcək.
Digər tərəfdən Kremailin mətbuat katibi Dimitri Peskiv da şərh verməkdən imtina edib. “Biz heç nəyi ictimailəşdirməmişik. Mən bu barədə şərh vermək istəmirəm" - deyə, Peskov bildirib.
Bundan bir gün əvvəl Rusiya lideri bir aydan çoxdur ki, ilk dəfə olaraq yaranmış böhran barədə ictimaiyətə açıqlama verib. Kreml “ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edir” deyən Putin sənədi nəzərdə tutaraq bildirib ki, “artıq aydındır ki, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmayıb”.
Bu arada Putinlə Boris Conson arasında planladşırılan telefon danışığı 1 fevraldan 2 fevral tarixinə təxirə salınıb. Conson bunu ölkəsində olan daxili siyasi problemlərlə izah edib.
Danışıqlardan əvvəl Rusiyanın BMT-dəki yüksək rütbəli məmuru Britaniya diplomatiyasını pisləyib və onu “dəyərsiz” adlandırıb.
BMT-dəki səfirin müavini Dmitri Polyanski Sky News-a verdiyi müsahibəsində deyib: "Diplomatiya üçün hər zaman yer var, amma açığını desəm, biz Britaniya diplomatiyasına inanmırıq".
O, həmçinin əlavə edib ki, “Düşünürəm ki, son illərdə Britaniya diplomatiyası bunun tamamilə dəyərsiz olduğunu göstərdi. Mən heç kimi, xüsusən də yaxşı dostlarımı - Britaniya diplomatlarını incitmək istəmirəm, amma əslində nəticələrlə öyünməyə dəyməz."