Accessibility links

Vahid Rusiya partiyası seçkilərdə qələbə qazanıb


Rusiyanın hakim Vahid Rusiya partiyası bazar günü seçkilərində qələbə qazanıb. Partiyanın 5 min namizədinin qubernatorluq uğrunda yarışlarda qələbəsi gözlənilməz deyildi.

Opponentlər seçkilər zamanı saxtakarlıqlara yol verildiyini bildirir. Son on il ərzində Rusiya siyasətində əksəriyyətə malik olan Vahid Rusiya partiyasının liderləri saxtakarlıqları inkar edib.

Baş nazir Dmitri Medvedev bildirib ki, hakim partiya dekabr ayı parlament seçkilərindən fərqli olaraq yaxşı göstəricilər əldə edib.

Xatırladaq ki, parlament seçkiləri genişmiqyaslı etirazlarla qarşılanmışdı.
XS
SM
MD
LG