Accessibility links

Rusiyalılar prezident seçkisində iştirak edir


Cümə günü Rusiyada seçicilər prezident Vladimir Putinin müxalifəti boğmasından sonra onun hakimiyyəti çox guman ki, daha altı il idarə etməsini təmin edəcək üç günlük səsvermədə iştirak etməyə başlayıb.

Seçkilər müstəqil medianı və tanınmış hüquq qruplarını iflasa uğradan və siyasi sistemin tam nəzarətini Putinə verən amansız repressiyalar fonunda keçirilir.

Bu, həm də Moskvanın Ukraynadakı müharibəsinin üçüncü ilinə daxil olduğu vaxta təsadüf edir. Rusiya döyüş meydanında üstünlüyə malikdir və orada kiçik və ləng irəliləyişlər əldə edir. Ukrayna isə Moskvanı cəbhə xəttindən uzaqda təhlükəyə məruz qoyub. Belə ki, uzaqmənzilli dron hücumları Rusiyanın dərinliklərinə qədər çatıb, yüksək texnologiyalı dronlar isə Qara dəniz donanmasını müdafiə vəziyyətinə gətirib.

Seçicilər cümə günündən bazar gününə kimi ölkənin 11 saat qurşağında, eləcə də Ukraynanın qanunsuz ilhaq edilmiş bölgələrindəki seçki məntəqələrində səs verəcək. İlk seçki məntəqələri Rusiyanın şərq bölgələri olan Çukotka və Kamçatkada yerli vaxtla səhər saat 8-də açılıb.

71 yaşlı Putin beşinci müddətə namizədliyi, faktiki olaraq heç bir rəqabətlə üzləşmədən irəli sürdüyünə görə, bu seçkilər heç də gərgin keçmir. Onun siyasi opponentləri ya həbsdədir, ya da xaricdə sürgündə. Putinin ən kəskin tənqidçisi Aleksey Navalnı isə bu yaxınlarda Arktikanın ucqar cəza koloniyalarından birində vəfat edib. Səsvermə bülletenində yer alan digər üç namizəd isə Kreml xəttinə tabe olan, simvolik müxalifət partiyalarından az tanınan siyasətçilərdir.

Müşahidəçilərin seçkilərin azad və ədalətli olacağına heç bir gözləntisi yoxdur. Seçicilərin çox az sayda seçimlərinin omasından əlavə, müstəqil monitorinq imkanları da çox məhduddur.

Yalnız qeydə alınmış namizədlər və ya dövlət tərəfindən dəstəklənən məşvərətçi orqanlar seçki məntəqələrinə müşahidəçiləri təyin edə bilər ki, bu da müstəqil müşahidəçilər ehtimalını azaldır. Ölkədə 100 minə yaxın seçki məntəqəsində üç gün ərzində davam edəcək səsvermənin istənilən real monitorinqi onsuz da çətindir.

Forum

XS
SM
MD
LG