Accessibility links

İsveçrə də Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulub


İsveçrə də Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulub. Bu barədə, İsveçrə hökumətinin məlumatında bildirilib.

Yeni tədbirlərə Rusiyadan qızıl və qızıl əşyalarının alınmasına, idxalı və ya daşınması qadağa edilir. Bu məhsullarla bağlı xidmətlər də qadağandır.

Sanksiyalar həmçinin Sberbank-ın aktivlərinin dondurulmasını da əhatə edir. İndi bu banka vəsait və iqtisadi resursla təminatı və texniki xidmətlərin göstərilməsi qadağan olunacaq.

İsveçrə hökuməti Avropa İttifaqının əvvəllər etdiyi istisnaları da edib: Ərzaq və gübrələrin dünya bazarına tədarükü və neftin üçüncü ölkələrə daşınması ilə bağlı dövlət şirkətlərinin əməliyyatları sanksiyalardan çıxarılıb. Avropa İttifaqının bu qərarı ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

Bundan əlavə, 54 Rusiya vətəndaşına və 9 şirkətə qarşı sanksiyalar tətbiq edilib. Press-relizdə deyilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar İsveçrənin sanksiyalar tətbiq etdiyi şəxslər və təşkilatların siyahısı Avropa İttifaqının siyahısı ilə tam üst-üstə düşür.

Avropa İttifaqının sanksiya siyahısına daha əvvəl Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov, Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Delimxanov, Moskva şəhərinin meri Sergey Sobyanin, aktyorlar Vladimir Maşkov və Sergey Bezrukov, “Gecə qurdları” motosiklet klubu və onun rəhbəri Aleksandr Zaldostanov, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilyov, Prezident yanında Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova, “Yunarmiya” hərəkatı və s. daxil edilib.

“Vedomosti”nin məlumatına görə, 2021-ci ildə Rusiyada 346,4 ton qızıl hasil edilib. Rusiyadan qızıl ixracı 302,2 ton təşkil edib ki, xaricə tədarüklər ölkədə hasil edilən qızılın 83-87%-ni təşkil edib.

Bundan əvvəl Rusiyadan qızıl idxalına qadağa Kanada, Britaniya, Yaponiya və ABŞ tərəfindən qoyulmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG