Accessibility links

Rusiya Belçika və Niderlandın 36 diplomatını ölkədən çıxarır


Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Avropa İttifaqının iki ölkəsindən 36 diplomatı ölkədən çıxardığını bildirir. Bu addımın Rusiyanın Ukrayana əsassız hərbi müdaxiləsindən sonra Aİ ölkələri tərəfindən Moskvanın diplomatik nümayəndələrinə qarşı atılan oxşar addımlara cavab olduğu deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin aprelin 19-da yaydığı açıqlamada Belçikanın 21 və Niderlandın 15 diplomatın “arzuolunmaz şəxs” elan edərək, onlara ölkəni tərk etmək üçün iki həftə vaxt verdiyini bildirib.

Nazirlik eyni zamanda Lüksemburqun Moskvadakı səfirini də çağıraraq ona xəbərdarlıq edib ki, Rusiya Moskvanın diplomatik nümayəndəsinin Lüksemburdan çıxarılmasından sonra Avropanın bu kiçik ölkəsinə qarşı eyni addıma ata bilər.

Moskvanın fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlamasından bəri Avropa ölkələri Rusiya səfirliklərinin 300-dən çox əməkdaşını ölkələrindən çıxarıb.

Rusiya buna cavab olaraq son bir həftədə Çexiya, Bolqarıstan və Avropa İttifaqından diplomatları, həmçinin Niderland və Belçika nümayəndələrini ölkədən çıxarıb.

XS
SM
MD
LG