Accessibility links

Rusiya Lvivə dronlarla hücum edib, Kriviy Rih və Odesada partlayış səsləri eşidilib


Sentyabrın 19-na keçən gecə Rusiya qüvvələrinin Ukraynada dron zərbələri nəticəsində Lvovda yanğın baş verib. Kriviy Rih, Xmelnitski vilayəti və Odesada partlayış səsləri eşidilib. Yaralılar və ölənlərin olduğu bildirilir.

Lvivda gecə partlayışlarından sonra sənaye anbarında yanğın baş verib, bir kişi və bir qadın dağıntılar altında qalıb. Bu haqda Lviv vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

"Qadın ilkin olaraq xəsarət almayıb. Kişinin vəziyyəti ağırdır. Daha ətraflı məlumat sonra olacaq", Kozitski teleqramında yazıb.

Lviv meri Andrey Sadovoyun sözlərinə görə, xəsarət alan şəxs 26 yaşlı gəncdir, o, əzalarının açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.

Daha sonra Sadovoy dağıntılar altında ölmüş anbar işçisinin cəsədinin tapıldığını bildirib.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Lvivdə gecə saatlarında hava hücumu sirenləri səslənib və hava hücumundan müdafiə sistemi işləyir. Lviv vilayət hərbi idarəsinin rəhbəri zərbələrin təhlükəsinin keçdiyini yazıb. "Biz hava hücumundan müdafiəmizə təşəkkür edirik. Bu gün onlar çox çətin bir çağırışı layiqincə qəbul etdilər" - deyə, Kozitski yazıb.

BBC Ukrayna xidmətinin müxbirləri xəbər verir ki, Lviva hücum zamanı Rusiyanın kamikadze təyyarələri şəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi mərkəzinin üzərindən uçub. Jurnalistlər bildirirlər ki, “Şahed” dronları ilə səhər saat dörddən sonra Lviva hücum edilib, pilotsuz təyyarələr müxtəlif istiqamətlərdən şəhərə doğru uçub. Lviva saat 06:00 radələrində başa çatan hücum Rusiyanın bütün genişmiqyaslı müdaxiləsi dövründə ən uzunmüddətli hücum olub.

Sentyabrın 19-na keçən gecə Ukraynanın bir sıra mərkəzi və qərb bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Partlayışlar Kriviy Rih, Dnepropetrovsk vilayəti, Xmelnitski vilayəti və Odesada da baş verib.

Forum

XS
SM
MD
LG