Accessibility links

Yaponiya Rusiya rəsmisinin Kuril adalarına səfərilə bağlı rəsmi etirazını bildirib


Yaponiya Rusiya rəsmisinin Kuril adalarına səfərilə bağlı rəsmi etirazını bildirib
Yaponiya Rusiya rəsmisinin Kuril adalarına səfərilə bağlı rəsmi etirazını bildirib

Yaponiya rəsmiləri yüksək səviyyəli Rusiya baş nazirinin birinci müavini İqor Şuvalovun hər iki ölkənin iddia etdiyi iki adaya səfərinə rəsmən etiraz bildiriblər. Şuvalov Rusiyanın Kuril, Yaponiyanın isə Şimal Əraziləri kimi tanıdığı dörd adadan ikisinə səfər edən nümayəndə heyətinə başçılıq edir. Adalar İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı tərəfindən işğal edilmişdi. Yaponiya və Rusiya arasında münasibətlər Rusiya prezidenti Dmitri Medvedevin noyabr ayında adalara səfər etməsindən sonra gərginləşib. O, adalara səfər edən ilk Rusiya prezidenti olmuşdur. Rusiya Şuvalovun adalara infrastrukturun inkişafını müşahidə etmək üçün səfər etdiyini bildirir. Yaponiyanın baş naziri Naoto Kan səfərin təəssüf doğurduğunu bildirib. O deyib ki, Yaponiya Rusiyanın Tokiodakı səfirinə rəsmi etiraz notası göndərib.

XS
SM
MD
LG