Accessibility links

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib


Xarkiv
Xarkiv

Rusiya şənbə səhər Ukrayna boyu raketlər atıb və xüsusilə də hərbi obyektləri hədəf alıb.

The New York Times hücumlarda 40-dan çox raketin istifadə edildiyini bildirib. Qəzet onların Rusiya Prezidenti Vladimir Putinin Sankt Peterburqda Belarus Prezidenti Aleksandt Lukaşenko ilə planlaşdırılan görüşündən saatlar öncə Belarus hava hövzəsindən atıldığını bildirir.

Hücumlar nəticəsində ölənlərib olub-olmadığını dərhal bəlli olmayıb.

Bu arada Ukrayna qüvvələri həftələrdir Rusiya qüvvələri ilə ağır döyüşlərdən sonra şərqdəki Severodonetsk şəhərindən geri çəkilirlər. Bu barədə bölgə rəsmisi məlumat verib. Ruslar şəhərə yaxınlaşdıqda, Luhansk bölgəsinin hərbi admnistrasiyasının başçısı Serhiy Haidai deyib ki, artıq onun sözlərinə görə, qırıq mövqelərdə qalmağın “mənası yoxdur.”

O deyib ki, Severodonetskdə qoşunlara yeni mövqelərə keçmək əmri verilib.

Rusiyanın irəliləyişləri

Ukrayna bildirib ki, Rusiya qüvvələri Luhansk bölgəsindəki qonçu Lisiçansk şəhərini tamamilə işğal ediblər. Moskva ərazidə 2000-ə yaxın Ukrayna əsgərini mühasirəyə aldığını iddia edib.

Rusiyanın əldə etdiyi irəliləyişlər Kremli Luhansk vialyətinin tam nəzarətini ələ keçirməyə yaxınlaşdırır ki, bu da Moskvanın bəyan etdiyi müharibə məqsədlərindən biridir.

Ukraynanın baş generalı cümə günü ABŞ-dakı həmkarına deyib ki, Ukraynanın Luhanskdakı vəziyyəti sabitləşdirmək üçün Rusiya ilə “silah bərabərliyi”nə ehtiyacı var.

“Biz əməliyyat vəziyyətini və beynəlxalq texniki yardım axınını müzakirə etdik,” Ukrayananın generalı Valeri Zalujnı ABŞ-ın Birgə Qərargahlar rəisi general Mark Milli ilə telefon danışığından sonra Telegram tətbiqində yazıb.

Ukrayna bildirib ki, Rusiyanın Donbas cəbhə xəttində artilleriya üstünlüyü Ukrayna qoşunlarına əhəmiyyətli zərbə vurur. O, Qərb tərəfdaşlarını defisiti azaltmaq üçün onları daha çox silahla təchiz etməyə çağırıb.

ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi cümə günü Ukraynanın Severodonetskdən geri çəkilmək qərarını alqışlayıb və bu addımı “peşəkar” və “taktiki” adlandırıb.

“Onlar özlərini daha yaxşı müdafiə edə biləcəkləri bir mövqeyə salırlar,” adının aonim qalmasını istəyən rəsmi müxbirlərə bildirib

Rəsmi Rusiya qüvvələrinin Severodonetsk ətrafında irəliləyişlər əldə etdiyini bildirirsə də, bu irəliləyişlərin cox baha başa gəldiyini deyib.

“Ruslar ağır itkilər veriblər, onlar həmçinin çox sayda texnika itiriblər, ” rəsmi deyib. “Rusiya qüvvələri yorulma əlamətlərini göstərirlər və mənəvi cəhətdən zəifləyirlər və bu, onların sürətlə irəliləmək qabiliyyətinə təsir edir,” o bildirib.

XS
SM
MD
LG