Accessibility links

Rusiya parlamenti homoseksuallarla bağlı qanun layihəsini rədd edib [Video]


Rusiya parlamenti homoseksuallarla bağlı qanun layihəsini rədd edib
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Rusiya parlamenti homoseksuallığını ictimaiyyətdə açıq şəkildə göstərilməsinə görə həbs və ya cərimə nəzərdə tutan qanun layihəsini rədd edib.

Rusiyada qeyri-hetereseksualların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi parlament tərəfindən rədd edilib. Fəallar bunu Rusiyada lesbian, gey, biseksual, transgenderlər üçün nadir qələbə adlandırıb.

Lakin onlar “geylərin təbliğatı qanunu” adı ilə tanınan, 2013-cü ildə qəbul edilən homoseksual münasibətlərin təşviqinə qadağa qoyulması ilə bağlı qanunun da ləğv eduilməsinə çağırır. “Geylərin təbliğatı qanunu” deyilən bu qanun homoseksuallara qarşı düşmənçiliyi xeyli artırdı.” HUMAN RIGHTS WATCH təşkilatından Tanya Lokşina bildirir.

Moskvada yaşayan Sandra adlı trans-gender günün günorta vaxtı döyüldüyünü, lakin polisin ona hücum edənlərin ələ keçirilməsi üçün səy göstərmədiyini deyir. “Onlar üçün cəza yoxdur. Onlar mənə “biz sənin kimilərlə mübarizə aparırıq, siz bizi utandırırsınız” deyirdilər.”

Prezident Putin qanun layihəsinin ləğvini dəstəkləyərək, bunun homoseksuallığq qadağa qoymadığını deyib. Lakin bundan əvvəl onun rəsmilərindən biri homoseksualların orqanlarının yaşamaq üçün yararsız olduğunu və qəza səbəbindən həyatlarını itirən homoseksualların orqanlarının transplantasiya deyil, yandırılmalı olduğunu demişdi.

Bütün bunlara baxmayaraq, bəzi homoseksuallar susmur. “Biz açıq şəkildə homoseksualıq”, deyə, müəllim Vladimir Komov bildirir. Mühəndis Dmitri Svetlıy isə “Biz bunu gizlətmirik” deyir.

Fəallar deyirlər ki, homoseksuallların problemləri ortaya ictimaiyyətin diqqətini Rusiyadada baş verən real problemlərdən yayındırmaq üçün atılıb.

Rusiyanın homoseksual icması isə hələ də bağlı qapılar arxasındadır.

XS
SM
MD
LG