Rusiyanın Baş naziri Dmitri Medvedev Fransaya səfərindən öncə Fransa xəbər agentliyi Ajans Frans Press və Le Fiqaro qəzetinə müsahibə verib.
Fransa jurnalistləri ilə söhbətində cənab Medvedev bir daha prezident seçkilərində iştirak edə biləcəyi ilə bağlı açıqlamalar verib. “Əgər sağlamlıq imkan versə və bizim insanlar bu işi mənə həvalə etmək istəsə, təbii ki, hadisələrin belə inkişafını istisna etmirəm”-deyə baş nazir bildirib.
Prezident olduğu müddətdə müasirləşdirmə proqramlarının bütünlüklə həyata keçirmədiyinə görə tənqidlərlə qarşılaşan Dmitri Medvedev müsahibə zamanı siyasi ambisiyalarını itirmədiyini nümayiş etdirib. O, prezidentliyə qayıtmaq məsələsinin bir sıra amillərdən asılı olduğunu qeyd edb. “Heç zaman “heç vaxt” deməyin. Özü də mən bir dəfə bu çayda üzmüşəm və ikinci dəfə də üzə bilərəm”-deyə o fikrini tamamlayıb.
Cənab Medvedevin tərəfdarları onun prezident Putinin hakimiyyətində baş nazir vəzifəsinə getməsini narazılıqla qarşılasa da, onun özü müsahibədə prezident Vladimir Putinlə birgə işləməkdən məmnunluq duyduğunu qeyd edib. Dmitri Medvedev deyib ki, başqa bir prezident olduğu halda baş nazir ola biləcəyini təsəvvür etmirdi. “Əgər prezident olandan sonra baş nazir kimi rahat işləmək istədiyiniz adam varsa, bu, Vladimir Putindir”-deyə o bildirib.