Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskvanın cənubunda Ukraynanın iki dronunu vurduğunu bildirib.
Nazirlik dronların Tula bölgəsi üzərində vurulduğunu bildirib, lakin hər hansı zərərlə bağlı təfərrüatları açıqlamayıb.
Ukrayna son həftələr Moskva regionu da daxil olmaqla, mütəmadi olaraq Rusiyanı dronlarla hədəf alır.
Rusiyaya Sanksiyaları üzrə Beynəlxalq İşçi Qrupunun bildirdiyinə görə, Çin Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz təyyarələri üçün ən vacib komponentlərin əsas tədarükçüsüdür.
Qrupun həmsədrləri Ukrayna prezidenti aparatının rəhbəri Andriy Yermak və ABŞ-ın keçmiş səfiri, Friman-Spoli Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Maykl Makfoldur.
Rusiya xarici istehsalı olan komponentlərə, xüsusilə də Ukraynaya hücum etmək üçün istifadə etdiyi üç dron modelin üçün mikroelektronikaya ehtiyac duyur.
Araşdırmaya görə, dron komponentlərinin 67%-i Çindən, 17%-i isə Rusiyaya Honq-Konq vasitəsilə gedir. Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin payı müvafiq olaraq 5% və 2% təşkil edir.
Dronlarda həmçinin prosessorlar, çiplər, tranzistorlar və digər vacib komponentlər də daxil olmaqla, Yaponiya, Koreya Respublikası, İsveçrə və digər ölkələrdə istehsal olunan komponentlər aşkar edilib.
"Rusiya Ukraynada infrastruktura, mülki və hərbi hədəflərə kütləvi hücumlar üçün pilotsuz təyyarələrdən istifadə etməkdə son dərəcə fəaldır. Ona görə də düşmən dronlarının istehsalı üçün vacib komponentlərin Ukraynanın müttəfiqləri də daxil olmaqla müxtəlif ölkələrdən olduğunu görmək çox narahatedircidir. Bu məsələ bizim birgə təcili reaksiyamızı tələb edir. Biz təcavüzkarın Ukrayna torpaqlarında hərbi əməliyyatları davam etdirmək üçün vacib komponentlərdən istifadə etməsinin qarşısını almaq üçün hərtərəfli tədbirlər görməliyik" Yermak qeyd edib.
Qrupun ekspertləri istehsalçıları iqtisadi sanksiyalardan yayınaraq, Rusiyanın onların məhsullarına çıxışının qarşısını almaq üçün daha çox iş görməyə çağırıb.
Qrup həmçinin hökumətlərə sanksiyalar siyasətinə əməl etməyən şirkətləri araşdırmağı tövsiyə edib.
Forum