Accessibility links

Xilasetmə qrupları Kemerovo şaxtasında partlayışdan sonra sağ qalanları axtarır


Raspadskaya şaxtasında şənbə və bazar günləri baş vermiş partlayışlar nəticəsində 31 nəfər həlak olub

Rusiyanın xilasetmə qrupları Kemerovo bölgəsində şaxtada 500 metr dərinlikdə partlayışlardan sonra dağıntılar altında qalmış 59 şaxtaçının axtarır.

Ölənlərin sayı rəsmi olaraq 31 nəfər göstərilib, lakin rəsmilər qrunt sularının səviyyəsinin qalxması ilə itkin düşmüş 50 nəfərin həyatının təhlükə qarşısında olduğundan ehtiyat edir.

Rusiyanın Fövqəladə Hallar naziri Sergey Şoyqu deyib ki, şənbə və bazar günü dörd saat fərqlə baş vermiş partlayışlar şaxtadan suyu çəkən nasosu yararsız vəziyyətə salıb. İkinci partlayış nəticəsində şaxtanın ehtiyat çıxış yolları dağılmışdır.

Raspadskaya şaxtası Rusiyanın ən böyük şaxtalarından biri hesab edilir. Burada çıxarılan daş kömür Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstana ixrac edilir.

XS
SM
MD
LG