Accessibility links

Moskva məhkəməsi Twitter-i 10 milyon rubl cərimələyib


Moskva məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə Fondu müxalif siyasətçi Aleksey Navalnı, onun tərəfdaşları Mariya Pevçix, Leonid Volkovun adı çəkilən və Perm Dövlət Universitetində baş verən atışmaya qiymət verən yazıları silməkdən imtina etdiyinə görə, Twitter-i 10 milyon rubl cərimələyib.

Məhkəmə qərarının mətnində Roskomnadzorun silinməsini tələb etdiyi mətnlər də olub. Lakin bildirildiyi kimi Twitter departamentdən bildiriş aldıqdan sonra 24 saat ərzində bunu etməyib. Bu səbəbdən şirkətə qarşı 13.41-ci maddə (“Məlumat əldə etmənin məhdudlaşdırılması qaydasının pozulması”) ilə iki protokol tərtib edilib.

Roskomnadzor rəhbərinin müavini Vadim Subbotin bildirib ki, “Google”, “Facebook” və “Twitter” “qadağan olunmuş məlumat”lı beş min yarıma yaxın materialı silməyib. TASS xəbət agentliyi bu günə qədər şirkətlərin 140 milyon rubldan çox məbləğdə cərimələndiklərini yazıb.

Rusiya məhkəmələri Roskomnadzorun “qadağan olunmuş məlumat”ları silməkdən imtina etdiklərinə görə Google, Facebook və Twitter kimi xarici xidmətləri dəfələrlə mühakimə edib.

2021-ci ildə Rusiya gündəlik 500 mindən çox istifadəçisi olan xarici şirkətləri Rusiyada öz nümayəndəliklərini açmağa və Rusiya qanunlarını pozan məlumatlara çıxışı məhdudlaşdırmağa məcbur edən qanun qəbul edib.

Qanun layihəsində axtarış sistemləri saytları Rusiya Federasiyasının qanunlarına uyğun olmayan məlumatların etiketləməsi nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG