Accessibility links

Cənubi Koreyanın baş naziri sülh səylərini dəstəklədiyinə görə Putinə minnətdarlığını bildirib


Cənubi Koreyanın baş naziri Li Nak-yon Seulun Koreya yarımadasında sülhə nail olmaq səylərini dəstəklədiyinə görə Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Li Nak-yon çərşənbə günü Rusiyanın Uzaq Şərqində keçirilən iqtisadi form çərçivəsində Vladimir Putinlə görüşüb.

Linin görüşü Koreya yarımadasında sülhə nail olmaq və adanın nüvəsizləşdirilməsi istiqamətində danışıqlar aparmaq üçün Cənubi Koreya prezidenti Mun Cay-in ilə Şimali Koreya prezidenti Kim Conq Un arasında üçüncü görüşün keçirilməsindən bir neçə gün əvvəl baş tutub.

Mun çərşənbə axşamı Seulda kabinet üzvlərinə deyib ki, Vaşinqton Şimali Koreyanı nüvə silahı proqramını dayandırmasına inandırmaqda başlıca rol oynamalıdır.

Lakin Vaşinqton və Pxenyan arasında diplomatik səylər iyun ayında Kimlə Tramp arasında Sinqapur sammitində nüvə silahlarının aradan qaldırılmasına dair verilmiş vədlərin necə həyata keçirilməsi məsələsi ilə bağlı dalana dirənib.

XS
SM
MD
LG