Accessibility links

Rusiyanın 2023-cü ildə neft və neft məhsullarının yarısı Çinə gedib


Rusiyanın dövlət xəbər agentlikləri çərşənbə günü dərc olunan açıqlamalarında baş nazir müavini Aleksander Novaka istinadən bildiriblər ki, Hindistanın payı son iki il ərzində 40%-ə yüksəlsə də, 2023-cü ildə Rusiyanın neft və neft məhsullarının yarısı Çinə gedib.

Rusiyanın enerji sektoruna cavabdeh olan Novak “Mövcud vəziyyətdə əsas tərəfdaş payı təxminən 45-50%-ə qədər artan Çin və təbii ki, Hindistandır” deyib.

"Əvvəllər Hindistana tədarük yox idi. Son iki il ərzində Hindistana tədarükün ümumi payı 40%-ə çatıb" - deyə, Alexander Novak bildirib.

Novak əlavə edib ki, Rusiyanın xam neft ixracında Avropanın payı təxminən 40-45%-dən təxminən 4-5%-ə düşüb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG