Accessibility links

Rusiya təhqiqatçıları müxalifət fəalını iğtişaşlara təhrik etməkdə ittiham edib


Leonid Razvojjayeva qarşı rəsmən ittihamlar irəli sürülüb

Rusiya təhqiqatçıları Kremlin mövqeyini nümayiş etdirən sənədli filmdəki dəlillər əsasında müxalifət fəalına qarşı iğtişaşlara təhrik etmək haqda ittiham irəli sürüldüyünü bildirib.

Rusiya Təhqiqat Komitəsi “Sol Cəbhə”nin tanınmış fəalı Leonid Razvojjayevə qarşı rəsmən ittiham irəli sürüb. Komitənin sözçüsü Vladimir Markin deyib ki, Razvojjayev bazar günü özünü təhvil verib və Rusiyada kütləvi iğtişaşların təşkilində əli olduğunu etiraf edib.

Lakin Razvojjayevin tərəfdarları, o cümlədən müxalif qanunverici İlya Ponomaryov onun Kiyevdə oğurlanaraq, Rusiyaya gətirildiyini və ifadə almaq üçün işgəncəyə məruz qaldığını bildirir.

BMT-nin qaçqın agentliyinin Kiyevdəki ofisi Razvojjayevin keçən həftə agentlikdə qeydiyyatdan keçdikdən sonra yoxa çıxdığını təsdiq edib.

Kremlin mövqeyini əks etdirən sənədli filmdə Razvojjayev və başqa müxalifət fəallarının kütləvi iğtişaşlar və gürcü iş adamı Givi Tarqamadzenin maliyyələşdirdiyi dövlət çevrilişi cəhdində əli olduğu haqda məlumat verilib.

Müqəssir tanınsa, Razvojjayev digər müxalifət fəalları-Sergey Udaltsov və onun müavini Konstantin Lebedevlə bərabər 10 illik həbs cəzasına məhkum edilə bilər.

Rəsmilər Udaltsov və Lebedevə qarşı may ayında Moskvada iğtişaşlar törətmək ittihamları əsasında keçən həftə cinayət işi qaldırıb.

Udaltsov Moskvadan çıxmamaq şərtilə azad edilib, lakin Lebedev həbsdə saxlanılır.
XS
SM
MD
LG