Rusiya Müdafiə Nazirliyi bildirib ki, içərisində 92 nəfər olan təyyarə Soçidə hava qalxalqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarədə tanınmış hərbi xor qrupunun üzvləri də yer alıb.
Rəsmilər deyir ki, təyyarənin qalıqları Qara dənizin Rusiya sahillərində müşahidə edilib. Təyyarənin əsas gövdəsi sahildən 1.5 kilometr aralıda 70 metr dərinlikdə aşkar edilib.
Nazirliyik bildirib ki, radardan itən və Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən bir neçəsinin cəsədi tapılıb. Cəsədlər sahildən təxminən 5 km uzaqlıqda tapılıb. İtkin düşənlərin axtarışı davam edir.
Dekabrın 25-də yerli vaxtla saat 5:40 radələrində Soçinin Adler aerodromundan qalxan Rusiya Müdafiə Nazirliyinin Tupelov “Tu-154” tipli təyyarəsi radardan itib. Sovet dövrünün 3 mühərrikli təyyarəsi Rusiyadan Suriyanın Lakatiya şəhərindəki Hmeimim hərbi hava bazasına istiqamət almışdı.
Nazirliyik bildirib ki, radardan itən və Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən bir neçəsinin cəsədi tapılıb. Cəsədlər sahildən təxminən 5 km uzaqlıqda tapılıb. İtkin düşənlərin axtarışı davam edir.
Təyyarə Qara dənizə düşüb. Təyyarədə 8 heyət üzvü və 84 sərnişin olub.
Qəzaya nəyin səbəb olduğu hələlik bəlli deyil. Rəsmilər deyir ki, pilotlardan təhlükə siqnalı da daxil olmayıb.
Nazirlik təyyarənin göyərtəsində olan bütün sərnişin və heyət üzvlərinin adlarını adlarını açıqlayıb.
Təyyarə Qara dənizə düşüb. Təyyarədə 8 heyət üzvü və 84 sərnişin olub.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Nazirlik təyyarənin göyərtəsində olan bütün sərnişin və heyət üzvlərinin adlarını adlarını açıqlayıb.
Rusiyanın iki telekanalı təyyarədə olan əməkdaşlarının foto və adlarını açıqlayıb. Qəzaya uğrayan hərbi təyyarədə iki televiziyadan ümumilikdə 9 jurnalist və operator olub.
təyyarədə olan əməkdaşlarının foto və adlarını açıqlayıb. Qəzaya uğrayan hərbi təyyarədə iki televiziyadan ümumilikdə 9 jurnalist və operator olub.
Soçi yaxınlığında dənizə düşən təyyarənin içərisində "Aleksandrov" hərbi ansamblın 64 solisti olub.