Accessibility links

Qorbaçov: Putin Rusiyanı xilas edə bilməyəcək


Qorbaçov: Putin Rusiyanı xilas edə bilməyəcək
Qorbaçov: Putin Rusiyanı xilas edə bilməyəcək

Sovet Ittifaqının keçmiş lideri Mixail Qorbaçov Baş nazir Vladimir Putin prezident seçilsə, Rusiyada siyasi iğtişaşların daha da pisləşə biləcəyi barədər xəbərdarlıq edib.

Moskva universitetinin tələbələri qarşısında çıxış edən Qorbaçov deyib ki, cənab Putinin lider kimi potensialı artıq tükənib. Onun sözlərinə görə, baş nazir Putinin ölkənin kursunu dəyişməsi çətin olacaq, çünki o, əsas etibarilə öz yaxınları və dostları tərəfindən əhatə olunub.

Cənab Qorbaçov deyib ki, Rusiyanın reklam, ya da ayrı-ayrı addımlar deyil, sistemli dəyişikliklərə ehtiyacı var. O xəbərdarlıq edib ki, islahatlar tez zamanda həyata keçirilməsə, Ərəb Baharının baş verdiyi ölkələrdə olduğu kimi etiraz nümayişləri küçələri bürüyə bilər.

Sovet İttifaqının keçmiş lideri və Nobel sülh mükafatı laureatı olan Mixail Qorbaçov əvvəllər cənab Putinə dəstək versə də, onun ölkəni idarə etmək qabiliyyətinə getdikcə tənqidi münasibət bəsləməyə başlayıb.

Baş nazir Putinin mart ayında Rusiyada prezident seçkilərində asanlıqla qələbə çalacağı gözlənilir.

XS
SM
MD
LG