On minlərlə adam Rusiya şəhərləri boyunca baş nazir və prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyası keçiriblər. Nümayişlər martın 4-də keçiriləcək prezident seçkilərinə iki həftə qalmış demokratik müxalifətə güc göstərmək məqsədi daşıyır.
Nümayişlər Sakit Okean sahilində yerləşən Vladivostok şəhərində başlamış və gecə nümayişi ilə Moskvada kulminasiya nöqtəsinə çatmışdır. Küçələrdə üzərlərinə Putini təbliğ edən şüarlar yazılmış maşınlar şütüyüb.
“Bizi bir arzu birləşdirir; Biz sabaha əmin olmaq istəyirik,” Sankt-Peterburqda səsləndirilən bəyanatda deyilir. Rusiyanın ikinci ən iri şəhərindəki nümayiş də başqa aksiyalar kimi hökumətə yaxın olan həmkarlar ittifaqları tərəfindən təşkil olunub.
Nümayişlərin qətnamələri rusları martın 4-də “sabit gələcəyə” səs verməyə çağırıb.
"Exo Moskvı" radiosu bildirir ki, Moskvanın mərkəzində Putinə qarşı piket keçirən 10 adam həbs olunub.
Bugünkü nümayişlərin məqsədi son 12 ildə ən iri müxalifət nümayişlərinə baxmayaraq 2024-cu ilədək prezident ola biləcək Vladimir Putinin möhkəm ictiami dayaqlara malik olduğunu sübut etməkdir.