Accessibility links

Moskvasayağı mitinqin düsturu:bir nümayişçi, bir jurnalist üstəgəl iki polis


Nümayişlərdə iştirak edənlərin sayını azaltmaq məqsədilə Moskva və Sankt-Peterburqda şəhər rəsmiləri yürüşlərin keçirilməsinə icazə verməyərək, nümayişçilər üçün seçilmiş yerlərdə əks tədbirlər keçirmişlər

Moskvada hər nümayişçiyə bir jurnalist və iki iğtişaş polisi düşür. Bununla belə, keçən həftə polis təxminən 60 nümayişçini həbs edib. Amerikanın səsinin müxbiri Ceyms Bruk Moksvada siyasi teatrdan məlumat verir.

Saat mexanizmi kimi iyul ayının 31-də Rusiyanın 10 şəhərində müxalifət nümayəndələri söz və toplaşma azadlıqları tələbi ilə nümayişlər keçirdi. Keçən il 31 gündən ibarər hər ayın sonuncu günü Rusiya konstitusiyasının azad toplaşma hüququna dair 31-ci maddəsinə diqqət çəkmək üçün nümayişlər və aksiyalar keçirildi.

Nümayişlərdə iştirak edənlərin sayını azaltmaq məqsədilə Moskva və Sank-Peterburqda şəhər rəsmiləri yürüşlərin keçirilməsinə icazə verməyərək, nümayişçilərin seçdiyi yerlərdə əks tədbirlər keçirmişlər.

Keçən həftənin şənbə günü də Moksvada müxalifət nümayişi üçün qadağan olmuş yerdə maşınlar və motosikletlərin səs-küylü yürüşü keçirildi.

Buna əlavə olaraq, sanksiyalaşdırılmamış mitinqə qatılmaq istəyənlərə açıq mesaj göndərmək üçün ətrafa yüzlərlə polis yerləşdirildi. Bundan sonra isə jurnalistlərin göz qarşısında polis onlarla nümayişçini Kremldən aralıda dayanmış avtobuslara salıb apardı.

Keçmiş baş nazir müavini Boris Nemtsov deyir ki, hökumət indi ölkəni bürümüş meşə yanğınlardan daha çox, Rus xalqı arasında yanğından qorxur. “Hökumət hər şeydən qorxur. Onlar müxalifətdən qorxur. Yanğınla mübarizə aparmaq əvəzinə, onlar meydana iğtişaş polisi göndərirlər.”

Həbs edildiyinə görə qəzəblənən Boris Nemtsov bunları Amerikanın səsinə deyib.

İyirmi il bundan əvvəl küçə nümayişləri nəzarətdən çıxıb onların yaşadığı dünyanı parçaladığı zaman Rusiyanın hazırkı liderləri, baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev gənc idilər. Sovet İttifaqı və Şərqi Avropada kommunist hökumətlər bir gecədə çökdü.

Bir neçə il bundan əvvəl üç keçmi sovet respublikası, Ukrayna, Gürcüstan və Qırğızıstanda küçə nümayişləri rəngli inqilablara keçərək Kreml tərəfdarı hökumətləri hakimiyyətdən saldı.

Moksvada Karneqi Mərkəzində siyasi təhlilçi Nikolay Petrov deyir ki, Kreml avtoritar divarda kiçik bir dəliyin fəlakətlə nəticələnə biləcəyindən qorxur.

Bu fonda Rusiya iqtisadiyyatında keçən il səkkiz faiz enmə müşahidə olunmuşdur. Hazırkı templərlə Rusiyanın iqtisadiyyatı 2012-ci ildə 2008-ci il səviyyəsində olacaq.

“Sosial narazılıq üçün böyük potensial var və böhran davam etdikcə rəsmilərin hər şeyi həll edə biləcəkləri haqda imicini saxlamaq daha çətin olur.”

Seçki təqviminə baxanda Rusiya rəsmiləri hakimiyyəti əllərində saxlamaq üçün yaxın zamanlarda seçicilərə üz tutmalı olduqlarını bilirlər. 2011-ci ilin dekabrında parlament, 2012-ci ilin martında isə prezident seçkiləri keçiriləcək. Müxalifət Rusiyanın mərkəzi seçki komissiyasının Vahid Rusiya partiyasına meylli olduğunu bildirir.

Keçən həftə prezident Medvedev cinayət törədəcəyindən şübhələnilən şəxslərin əvvəlcədən həbs edilməsinə imkan verən qanuna imza atdı. Rusiya Dumasında hökumətin internetə nəzarətini artırması və əvvəllər hətta yol hərəkəti qaydalarının pozulması kimi çox kiçik cəzalar almış şəxslərin siyasi nümayişlərdə iştirakını qadağan etməsinə imkan verən qanunlar nəzərdən keçirilir.

Müstəqil Levada mərkəzinə əsasən, rusların yalnız dörddə bir hissəsinin 31-ci maddə ilə bağlı mitinqlərdən xəbəri var.

Rusiya Elmlər Akademiyasının elmi işçisi Olqa Kriştanovskaya ölkədə siyasi elitanı öyrənməklə məşğul olur. O, mülixafətin nümayişlərində insanların az iştirakını iki səbəblə izah edir.

Bunlardan birincisi baş nazir Putin və prezident Medvedevin populyarlığı ilə əlaqədardır.

İkincisi isə qorxu, bunun nəticələri, döyülmək kimi qorxu hissi ilə izah edilir.

Bir tərəfdən qorxutma, bir tərəfdənsə şirnikdirmə strategiyasının işə yaradığı bir şəraitdə siyasi təhlilçilər avqustun 31-i mitinqinin iyulun 31-nin təkrarı olacağını deyir. Jurnalistlər və iğtişaş polisinin sayı nümayişçilərdən çox olacaq. Polis nümayişi dağıtmağa cəhd göstərərək, azad toplaşma çağırışlarına dair plakatları salmağa çalışacaq.

XS
SM
MD
LG