Accessibility links

Putin Şanxay Əməkdaşlıq Təşkilatının özünün idman tədbirlərini keçirməli olduğunu deyib


Rusiya prezidenti Vladimir Putin cümə günü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyib ki, qrup öz böyük idman yarışlarını keçirməyi düşünməlidir.

"ŞƏT-in himayəsi altında böyük idman tədbirlərinin keçirilməsi perspektivi ilə idman əməkdaşlığını aktivləşdirmək üçün yaxşı imkanlar var. Bunun üçün biz assosiasiyamızın nəzdində idman təşkilatlarının assosiasiyasını yaratmaq barədə düşünə bilərik" Putin deyib.

Putin cümə günü Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin sammitindəki çıxışında dünyanın ən sıx məskunlaşdığı iki ölkənin - Çin və Hindistanın daxil olduğu qrupun Ukraynanı işğal etdiyi üçün Rusiyadan üz döndərən Amerikanın liderlik etdiyi Qərbə qarşı əhəmiyyətli əks çəkiyə çevrilməsini istədiyini açıqlayıb.

2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarından sonra ifşa olunan dopinq qalmaqalı Rusiya idmançılarının sonrakı Olimpiadalarda iştirakının ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olub. Yarışda iştirak edən idmançılara yalnız neytral bayraq altında yarışmağa icazə verilib.

Bununla belə, Çin 2008-ci ildən bəri həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edir, baxmyaraq ki, 2008-ci ildə Gürcüstan, 2022-ci ildə Ukrayna olmaqla, Rusiya ilə keçmiş Sovet respublikaları arasında müharibə və ya müharibəyə hazırlıq kimi hallar hər iki tədbiri müəyyən dərəcədə kölgədə qoyub.

Putinin yaxın müttəfiqi, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi olan Belarus prezidenti Aleksandr Lukaşenko sammitdə “Biz Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində idman yarışları kompleksinin - 2024-cü ildə Yay, 2026-cı ildə Qış Oyunlarının - keçirilməsi ehtimalını təklif edirik” deyib.

Bu tarixlər ümumilikdə 2024-cü il Paris Yay Olimpiya Oyunları və 2026-cı il Milano-Kortina Qış Olimpiya Oyunlarının tarixləri ilə üst-üstə düşür və onların hər ikisi Qərbi Avropada keçirilir.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış təhlükəsizlik blokudur. O, Çin, Rusiya, Hindistan, Pakistan və dörd postsovet Orta Asiya dövlətini özündə birləşdirir. Təşkilat Qərblə gərginlik yaşayan İranı da qəbul etmək prosesindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG