Yapon mətbuatının bildirdiyinə görə, Yaponiyanın baş naziri Yoşihiko Noda Rusiya prezidenti Vladimir Putinlə gələn ay keçirilməsi nəzərdə tutulan görüşü təxirə salıb. Səbəb kimi Rusiya liderinin səhhəti göstərilir.
Yaponiyanın Kyodo və Jiji qəzetlərində bu gün yayılan məlumata görə, Yaponiyanın şimalındakı şəhərlərdən birinin meri cənab Nodaya Vladimir Putinin səhhətinin pis olduğunu deyib.
Lakin Kreml bu məlumatı inkar edib. Cənab Putinin sözcüsü Dmitri Peskov prezidentin səhhəti barədə məlumatın şişirdildiyini deyib. Peskov cənab Putinin idman zamanı aldığı zədədən əziyyət çəkdiyi barədə deyilənləri inkar edib.
Sözcü iki ölkə lideri arasında görüş barədə rəsmi danışıqların olmadığından görüşün təxirə salınmasının da yersiz olduğunu deyib.