Accessibility links

Rostov-Donda tribunaların çökməsi nəticəsində xəsarət alanların sayı 36-ya çatıb


Mayın 30-da Rostov-Donda tribunanın çökməsi nəticəsində xəsarət alanların sayı 36 nəfərə çatıb. Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev TASS xəbər agentliyinə bildirib.

Rəsminin sözlərinə görə, həkimlər xəsarət alanlara yardım göstərməkdə davam edir və ağır yaralı uşağın vəziyyəti stabildir.

Rusiya Səhiyyə Nazirliyi hadisə nəticəsində 24 uşağın xəsarət aldığını, onlardan 21-nin xəstəxanaya yerləşdirildiyini, dördünün vəziyyətinin ağır, birinin son dərəcə ağır, qalanlarının orta-ağır olduğunu bildirib.

Nazirliyin məlumatına görə, səkkiz nəfər yaşlı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır. Daha dörd nəfərə ambulator yardım göstərilib.

Tribunaların uçması ilə bağlı insident Rostov-Don idman məktəbinin ərazisində Bataysk və Rostov komandaları arasında keçirilən regional futbol yarışları zamanı baş verib. Yığma tribunalar şiddətli küləyin təsirindən aşıb. Hadisə nəticəsində bir qadın dünyasını dəyişib.

Rostov vilayətinin idman naziri Samvel Arakelyan bəyan edib ki, "tribunalar bütün dövlət standartlarına uyğun hazırlanıb". "Hava normal idi, heç bir xəbər verilməmişdi. Oyun başladı və birdən tufan qopdu. Uşaqlar tribunaların altında gizləndi. Külək hər üç tribunanı aşırtdı. Külək güclü idi, hətta hasar da uçdu" - deyə, o bildirib.

"Tyutina" kanalının məlumatına görə, 2018-ci ildə avarçəkmə kanalı, o cümlədən 800 milyon rubla başa gələn tribunalar yenidən qurulub. Obyekti vilayətin İdman Nazirliyinin rəhbəri Samvel Arakelyan qəbul edib.

XS
SM
MD
LG