Rusiyanın İranla hərbi əməkdaşlığı geosiyasi təzyiqlərə boyun əyməyəcək. Bunu Vaşinqtonun Tehranı Moskvaya dron satmağı dayandırmağa çağırdığında dair xəbərlərin yayılmasından sonra şənbə günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Heç bir dəyişiklik yoxdur və İranla əməkdaşlıq davam edəcək” - deyə, Rusiyanın RIA dövlət xəbər agentliyi şənbə günü Ryabkovdan sitat gətirərək bildirib. “Biz müstəqil dövlətlərik və Birləşmiş Ştatlar və onun peyklərinin diktəsinə boyun əymirik.”
The Financial Times bu ayın əvvəlində İran rəsmisinə və danışıqlarla tanış olan başqa bir nəfər istinadən xəbər verib ki, ABŞ İrana Rusiyanın Ukraynakı müharibədə istifadə etdiyi silahlı dronları satmağı dayandırması üçün təzyiq göstərir.
Rusiya İran istehsalı Şahed dronlarından ötən ay Ukraynanın daxilində hücumlar həyata keçirmək istifadə etməyə başlayıb.
Pilotsuz kamikadze dronlarının havaya qalxması üçün uçuş-eniş zolağına ehtiyacları yoxdur və zərbə anında partlayırlar.
İran Rusiyaya dron göndərdiyini etirad edib, ancaq onların Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən öncə göndərildiyini deyib. Moskva qüvvələrinin Ukraynada İran dronlarından istifadə etdiyini inkar edib.
Ağ Ev rəsmiləri iyun ayında deyib ki, İran 2022-ci ilin avqust ayından Rusiyaya bir neçə yüz pilotsuz dron ötürüb.
Forum