Accessibility links

Rusiyanın son 24 saatda Ukraynada hər hansı irəliləyiş əldə etmədiyi deyilir


Mariupol.
Mariupol.

Ukrayna səkkiz həftədir davam edən hərbi müdaxilədə əks-hücumları davam etdiyi üçün Rusiya qüvvələrinin bu gecə irəliləyiş əldə etməsinə maneə törədildiyi deyilir. Bu arada isə Kyevin xarici yardımın artırılması üçün müraciətləri Moskvanın daha geniş müharibə məqsədlərinin olduğuna dair işarələrdən sonra aktuallaşıb.

Britaniya ordusunun kəşfiyyat aprelin 23-də bildirib ki, belə görünür, Rusiyanın işğalçı qüvvələri son 24 saatda heç bir böyük irəliləyiş əldə etməyib.

Britaniya kəşfiyyatı həmçinin bildirib ki, Ukraynanın müqaviməti ilə üzləşən Ruisyanın hava və dəniz qüvvələri, hələ ki, Ukraynanın hava hövzəsi və ya suları üzərində nəzarəti ələ keçirə bilməyib.

Ukrayna Prezidenti Volodomir Zelenski aprelin 22-də gecə etdiyi müraciətdə Ukraynanın müdafiəsinə yardım etmək üçün sikah göndərən ölkələrə təşəkkür edib və deyib ki, silahlı qüvvələri Ukraynanın cənubu və şərqində hücumların qarşısını almağa davam edir.

Ukraynanın baş qərargahlar rəisi deyib ki, Rusiya qüvvələri ölkənin şərqində cəbhə boyu hücumları artırıb.

“İzyum istiqaməti, Donbas, Azov, Mariupol, Xerson bölgələrində hazırda bu müharibənin və ölkəmizin gələcəyimizin gələcəyinin aqibətinin müəyyən olur,” Zelenski deyib.

O həmçinin Rusiya Prezidenti Vladimir Putinin regionda başqa ərazi iddialarının olduğuna dair xəbərdarlıqları intensivləşdirib.

Rusiyanın rəsmi dövlət mediası aprelin 22-də Rusiya Mərkəzi Hərbi Dairəsinin komandiri Rüstəm Minnekayeva istinadən bildirib ki, Moskvanın strateji məqsədi Ukraynanın cənubunun tam nəzarətini ələ keçirməkdir ki, Moldovanın Rusiya tərəfdarı Dnestryanı regionuna çıxış əldə etsin.

Minnekayevin bu sözləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci mərhələsinin ən təfərrüatlı təsviridir və Kyiv tərəfindən Kremlin ərazi iddialarının olmadığınını bildirən öncəki bəyanatlarının yalan olduğuna işarə kimi qiymətləndirilib.

Kyiv həmçinin dəfələrlə xəbərdarlıq edib ki, Dnestryanı Rusiyanın Ukrayna və ya NATO üzvü Rumıniya ilə həmsərhəd olan və ortaq tarixə malik Moldovaya qarşı əməliyyatları üçün səhnə kimi istifadə edilə bilər.

Dnestryanı Ukrayna ilə sərhəd bölüşən və Kişinyovun etirazlarına rəğmən yüzlərlə Rusiya qoşunun yerləşdirildiyi bir ərazidir.

Minnekayev deyib ki, Dnestryanıda rusdilli əhali təqiblərə məruz qalır. Moldova və Qərb liderləri bunun gerçək olmadığını deyir.

Moldovanın Xarici İşlər Nazirliyi Rusiyanın bəyanatlarını “əsassız” adlandırıb və Moskvanın səfirini nazirliyə dəvət edərək, Kişinyovun “dərin narahatlığını” ifadə edib.

“Moldova neytral ölkədir və bütün beynəlxalq aktyorlar, o cümlədən Rusiya Federasiyası bu prinsipə hörmət etməlidir,” nazirlik bəyanatında bildirib.

Ukraynanın şərqindəki Luhansk regionunun qubernatoru Serhiy Hayday aprelin 23-də telelviziyada yayımlanan çıxışında deyib ki, regiondakı bütün şəhərlər gecə-gündüz atəşə tutulur və bombardman getdikcə intensivləşir.

Hayday həmçinin Telegram-da bildirib ki, Luhansk və Donetsk regionlarından qaçan sakinlərə yardım etmək üçün Pokrovks qatar stansiyasından evakuasiya planlaşdırılıb.

O həmçinin deyib ki, Ukrayna qüvvələri yenidən qruplaşmaq üçün bəzi yaşayış məntəqələrini tərk edirlər. Lakin o, israr edib ki, bu, onların geri çəkildiyi demək deyil.

Zelenskinin ofisinin başçısının müşaviri Mixaylo Podolyak deyib ki, xarici tərəfdaşlardan Ukrayna üçün mümkün təhlükəsizlik zəmantələri ilə bağlı danışıqlar aparılır və onlar bir həftə içində başa çata bilər.

Ukrayna üçün dəstəyi artırmaq məqsədilə telemarafonda danışan Podolyak deyib ki, “əlbəttə ki, müxtəlif zəmanət paketləri olacaq,” ancaq o əlavə edib ki, “bizim üçün silah tədarük etmək, səmanı bağlamaq, hərbi məsləhətləşmələr aparmaq və sürətli şəkildə əlavə silah almaq üçün vəsait çox vacibdir.”

Birləşmiş Ştatlar, Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa və İsrailin liderlərinin müşavirtləri daha öncə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazır olduqlarını ifadə ediblər.

“Biz özümüzü mümkün olduğu qədər müdafiə edəcəyik…amma bizim kimi, həyatın ölüm üzərində qələbəsinə inananlar bizimlə döyüşməlidir,” Zelenski aprelin 22-də video müraciətində bildirib.

Bu arada isə Ukrayna bir daha mülki vətəndaşları müharibə başlayandan vəri Rusiya qüvvələri tərəfindən intensiv mühasirə altında olan Mariupol şəhərindən evakuasiya etməyə çalışacaq.

Baş nazirin müavini İrina Vereşçuk Telegram vasitəsilə insanları şəhərdən təhlükəsiz bir şəkildə çlxarmaq ümidi ilə, onları yerli alış -veriş mərkəzinin yanında toplaşmağa çağırıb.

“Biz bu gün yenə qadınları, uşaqları və yaşlıları təxliyə etməyə çalışacağıq,” o deyib. “Əgər hər şey planlaşdırıldığı kimi olsa, biz gündüz saat 12 radələrində evakuasiyaya başlayacağıq.”

Mariupolun əksər hissəsinin Rusiyanın nəzarətində olduğu deyilir, baxmayaraq ki, 2000-ə yaxın Ukrayna döyüşçüsü hələ də müqavimətin son istehkamına çevrilən yerli metal zavodundadır.

Mariupolun merinin müşaviri deyib ki, Azovstal zavoduna hər günü bomabalar atılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG