Accessibility links

Moskvada Ukraynaya məxsus pilotsuz təyyarənin vurulması nəticəsində iki nəfər yaralanıb


Rusiya rəsmilərinin bazar ertəsi bildirdiyinə, Ukrayna Moskva və Kaluqa regionlarına hücumda dronlardan istifadə edib.

Region qubernatorunun sözlərinə görə, bazar ertəsi Moskvada Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilən Ukraynaya məxsus dronun qalıqlarının evin üzərinə düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

Hava hücumu Rusiyanın bir çox aeroportunda əməliyyatların müvəqqəti olaraq dayandırmasına səbəb olsa da, sonradan xidmətlər bərpa edilib.

Həm Rusiya, həm də Ukrayna qarşı tərəfi hədəf almaq üçün dronlardan istifadə edir. Yerdə zərərə isə çox vaxt vurulan dronların qalıqları səbəb olur.

Ukrayna prezidenti Volodimir Zelenski Danimarka və Niderlandın Ukrayna qüvvələrini ABŞ istehsalı olan "F-16" qırıcı təyyarələri ilə təmin edəcəklərini elan etməsindən bir gün sonra bazar ertəsi onlara müraciətində Danimarka qanunvericilərinə təşəkkür edib.

Danimarkanın baş naziri Mette Frederiksen Ukraynaya 19 ədəd F-16 təyyarələri vəd edib və ilk 6 təyyarənin 2024-cü ilin əvvəlində təhvil veriləcəyinə ümid etdiyini bildirib.

Niderlandın baş naziri Mark Rutte ölkəsinin nə qədər F-16 ilə təmin edəcəyini və nə vaxt tədarük ediləcəyini açıqlamayıb. Onun sözlərinə görə, bu, Ukrayna ekipajlarının və infrastrukturunun nə qədər tez hazır olmasından asılıdır.

"F-16"lar müharibə səylərinə dərhal yardım etməyəcək. Bu, hər halda Niderlandın uzunmüddətli öhdəliyidir. Biz onların ən qısa zamanda aktiv və operativ olmasını istəyirik. Növbəti ay bu mümkün deyil, amma tezliklə" - deyə, Rutte bazar günü bildirib.

Niderland və Danimarka hökumətləri ukraynalı pilotlara qabaqcıl döyüş təyyarələrini idarə etmək üçün təlimlər keçirən koalisiyada iştirak edir.

ABŞ rəsmilərinin fikrincə, qırıcı təyyarələrin tezliklə müharibənin trayektoriyasına təsir göstərməsi ehtimalı azdır.

Forum

XS
SM
MD
LG