Accessibility links

İnsansız fəza yük gəmisi Beynəlxalq Fəza Stansiyasına çatıb


2500 kiloqram yük daşıyan Rusiyanın fəza gəmisi Beynəlxalq Fəza Stansiyasına çatıb.

"Proqres 56" fəza gəmisi Qazaxıstanda yerləşən fəza limanından çərşənbə günü səmaya qalxıb və altı saat sonra müvəffəqiyyətlə stansiyaya qoşulub.

Fəza gəmisi Beynəlxalq Fəza Stansiyasının ekipajı üçün qida, yanacaq və digər təchizatlar gətirib. Ekipajın Rusiyadan olan üzvü Aleksandr Skvortsov və Maks Surayev fəza gəmisini boşaltmağa cümə axşamı başlayacaq.

XS
SM
MD
LG