Accessibility links

Rusiya “Şimal axını 1”in fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb


Rusiya mühüm Şimal axını 1 boru kəməri ilə axan qaz tədarükünü qeyri-müəyyən müddətə kəsir. Bu da qış aylarının yaxınlaşdığı Avropada enerji çatışmazlığı ilə bağlı narahatlıqları artırır.

Rusiyanın dövlət enerji nəhəngi Gazprom sentyabrın 2-də iddia edib ki, Almaniyaya qa çatdırılması üç günlük təmirdən sonra bərpa oluna bilməz, çünki boruda yeni sızıntı aşkarlanıb.

Gazprom bildirib ki, sızıntı boru kəmərinin Rusiya tərəfində yerləşən Portovaya kompressor stnasiyasında aşkarlanıb və qaz tədarükü problem həll olunanadək bərpa edilə bilməz.

Baltika dənizinin altından keçən Şimal axını 1 boru kəmərinin 3 günlük təmir fasiləsindən sonra sentyabrın 2-də fəaliyyəti bərpa edilməli idi.

Tədarükün dayandırılması Rusiyanın Qərb ölkələrinə təzyiq göstərmək və Ukraynadakı müharibəyə görə Rusiyaya sanksiya tətbiq etmək məsələsində göstərdikləri birliyi pozmaq üçün boru kəmərinin fəaliyyətinin daha uzun müddət dayandıracağına dair narahatlıqlara səbəb olmuşdu.

Moskva enerji ehtiyatlarından silah kimi istifadə etdiyi dəfələrlə inkar edib.

Şimal Axını 1-in turbinlərinə xidmət göstərən Almaniyanın Siemens Energy şirkəti bildirib ki, bu cür sızıntı boru kəmərinin fəaliyyətini dayandırmasına səbəb olmamalıdır.

Siemens həmçinin bildirib ki, Portovaya kompressor stansiyasında Şimal Axının fəaliyyətini davam etdirməsi üçün başqa turbinlər var.

“Bu cür sızıntılar adətən turbinin fəaliyyətinə əngəl olmur və ələ oradaca düzəldilə bilər. Bu, rutin prosedurdur,” şirkət bildirib.

Bundan öncə isə Rusiyanın keçmiş prezidenti Dmitri Medveden Avropa İttifaqına xəbərdarlıq etmişdi ki, blok Avropa Komissiyasının başçısı Ursula von der Leyeninin çağırış etdiyi kimi Rusiya təchizatlarına qiymət məhdudiyyəti tətbiq etsə, Moskva ittifaöa təbii qaz axının dayandıra bilər.

Von der Leyen sentyabrın 2-də Moskvanın Kremlin fevralın sonunda Ukraynaya hərbi müdaxiləsi səbəbilə Rusiyaya tətbiq olunan sanksiyalara cavab olaraq Aİ-nin enerji bazarını manipuyasiya etməsinin qarşısını almaq məqsədilə Rusiya qazına qiymət məhdudiyyəti tətbiq etməyə çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG