Rusiya Suriyada hava hücumlarını davam etdirdiyi bir vaxt Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri Rusiyaya hədəfin müxalifət qüvvələri deyil, yalnız İslam Dövləti olduğuna dair xəbərdarlıq edib.
Bir ilə yaxındır İslam Dövlətinə qarşı hava hücumları həyata keçirən koalisiya qüvvələrinə Birləşmiş Ştatlar, Britaniya, Türkiyə, Fransa, Almaniya, Qatar və Səudiyyə Ərəbistanı daxildir.
Bu arada Rusiya prezidenti Vladimir Putin Suriyadakı böhranı müzakirə etmək üçün bu gün Parisdə Fransa prezidenti Fransua Ollandla görüşüb.
Birləşmiş Ştatlar Suriyadakı İslam Dövlətinə qarşı çərşənbə günü havadan hücumlara başlayan Rusiyanı bu kampaniyanı Bəşar Əl-Əsəd hökumətinə dəstək üçün keçirməkdə ittiham edir.
Cümə axşamı isə Rusiyanın qırıcı təyyarələri İslam Dövləti yaraqlılarının hədəflərini bombalayıb. Lakin müşahidəçilər rus təyyarələrinin Birləşmiş Ştatların dəstəklədiyi döyüşçüləri də hədəf alındığını bildirib.