Accessibility links

Rusiya beynəlxalq ictimaiyyəti Suriyadakı bomba hücumlarına reaksiya verməyə çağırır


Bazar günü həyata keçirilən silsilə bomba hücumları Dəməşqdə azı 83 nəfərin, Homsda isə 59 nəfərin ölümünə səbəb olub

Rusiya bu gün Syriyada ölümlə nəticələnən bomba hücumlarını qınayaraq, bunun sülh səylərinə hədə olduğunu deyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət Suriyada İŞİD-in həyata keçirdiyi deyildiyi bomba hücumlarına reaksiya bildirməlidir.

Bazar günü həyata keçirilən silsilə bomba hücumları Dəməşqdə azı 83 nəfərin, Homsda isə 59 nəfərin ölümünə səbəb olub.

Rusiya və Birləşmiş Ştatlar Suriya münaqişəsində iştirak edən tərəflərin yeni atəşkəs təklifini qəbul etmələrinə çalışır.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri bazar günü Rusiya ilə əldə edilmiş müvəqqəti razılığın bir neçə gün ərzində qüvvəyə minəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG