Accessibility links

Rusiya məhkəməsi Tacikistanın "İslam İntibah Partiyası"nı terror təşkilatı kimi tanıyıb


Rusiya Ali Məhkəməsi
Rusiya Ali Məhkəməsi

Məhkəmənin mətbuat xidmətindən TASS xəbər agentliyinə verilən məlumata görə, Rusiya Ali Məhkəməsi Düşənbənin tələbi ilə Tacikistanın "İslam İntibah Partiyası"nı terror təşkilatı kimi tanıyıb.

"Məhkəmə Rusiya Baş Prokurorluğunun Tacikistan "İslam İntibah Partiyası"nın terror təşkilatı kimi tanınması ilə bağlı iddiasını təmin edib", agentliyin məlumatında bildirilib.

Rusiya Baş Prokurorluğu iyul ayında Tacikistan "İslam İntibah Partiyası"nın terror təşkilatı kimi tanınması ilə bağlı məhkəməyə iddia qaldırıb. Şöbənin rəhbəri İqor Krasnov Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşü zamanı bildirib ki, tacikistanlı həmkarının Rusiyada bəzi təşkilatların terrorçu kimi tanınması ilə bağlı müraciətinə baxılıb.

2015-ci ildə Tacikistan hakimiyyəti "İslam İntibah Partiyası"nı və onun rəhbərliyini ölkədə silahlı çevrilişə cəhddə ittiham edib. Ali Məhkəmə ölkənin Baş prokurorunun iddiasına əsasən, partiyanı terrorçu və ekstremist kimi tanıyıb və onun respublika ərazisində fəaliyyətini qadağan edib.

"İslam İntibah Partiyası"nın xaricdəki liderləri çevriliş cəhdində iştiraklarını inkar edir və bunu ölkə hakimiyyətinin müxalifətdən qurtulması üçün bəhanə kimi görür.

Partiyanın 14 üzvünün həbs olunmasından və onlara qarşı hökm oxunmasından sonra partiyanın Siyasi Şurasının onlarla üzvü təqiblərdən qaçaraq, Avropa İttifaqı ölkələrinə sığınmağa məcbur olub. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Tacikistan hökuməti məhkumların yaxınlarına hər hansı yardımın göstərilməsini qadağan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG