Rusiya çərşənbə günü bildirib ki, gələn ay Beynəlxalq Kosmik stansiyaya üç astonavtı geri gətirmək üçün boş kosmik gəmi göndərəcək. Onlaırn Yer kürəsinə geri dönməyi planlaşdırdıqları kosmik gəmilərinə kiçik bir meteroitin zərbəsi nəticəsində ziyan dəyib.
Rusiyanın fəza agentliyi Roskosmos bu açıqlamanı kosmik stansiyada dekabr ayında soyuducu mayenin sızmasına səbəb olan Soyuz MS-22 ekipaj kapsulunun uçuşa yararlılığını yoxladıqdan sonra edib.
Roskosmos və NASA rəsmiləri birgə mətbuat brifinqində bildirib ki, ekipajsız Soyuz kosmik gəmisi MS-23 rusiyalı kosmonavtlar Ditri Petelin və Sergey Prokovyevi və NASA astronavtı Frank Rubionu Yer kürəsinə geri gətirmək üçün fevralın 20-də kosmis stansiyaya göndəriləcək.
“Biz onu xilasedici Soyuz adlandırmırıq,”NASA-nın Hyustonda yeləşən Conson Fəza Mərkəzində kosmik stansiyanın proqram meneceri Coel Montalbano deyib. “Mən onu əvəzləyici Soyuz adlandırıram.”
“Hazırda ekipaj üzvləri təhlükəsiz şəkildə kosmik stansiyadadırlar,” o əlavə edib.
MS-22 Petelin, Prokopyev və Rubionu sentyabr ayında kosmik stansiyaya aparıb. Onların mart ayının ortalarında eyni kosmik gəmi ilə geri dönmələri gözlənilirdi.
Ancaq MS-22-dən dekabrın 14-də ABŞ və Rusiyanın fəza rəsmilərinin təxminlərinə görə, mikrometeroritin ona dəyməsi nəticəsində soyuducu maddə sızmağa başlayıb.
“Hər şey mikrometeoritə işarə edir,” Montalbano deyib.
Roskosmosda insanların kosmosa uçuş proqramlarının icraçı direktoru Sergey Krikalev deyib ki, “hazırkı nəzəriyyə odur ki, bu ziyana diametri təxminən 1 millimetr olan kiçik hissəcik səbəb olub.”
Krikalev deyib ki, ekipaj üzvlərini geri gətirmək üçün MS-23-dən istifadə etmək qərarı bu yaxınlarda MS-22-də yüksək tempraturun müşahidə olunması səbəbilə verilib.