Accessibility links

Rusiya Türkiyə ilə müharibəyə getməyəcəyini deyir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyənin Rusiya təyyarəsini vurub salmasının əvvəlcədən hazırlanmış təxribat olduğunu, lakin Rusiyanın Türkiyə ilə müharibəyə getməyəcəyini deyib. O, bu insidentdən sonra Rusiyanın Türkiyə ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini deyib.

Cənab Lavrov Türkiyəyə səfərini təxirə salmasına baxmayaraq, ölkənin xarici işlər naziri ilə danışıb, və onların hər ikisi yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

Türkiyənin baş naziri Əhməd Davutoğlu da öz nözvbəsində ölkənin qanunvericilərinə deyib ki, Türkiyənin "qonşu və dost" Rusiya ilə münasibətləri pozmaq niyyəti yoxdur.

Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan bu gün Türkiyənin qırıcı təyyarələrinin Rusiyanın hərbi təyyarəsini özünün təhlükəsilziyini qorumaq məqsədilə vurduğunu və Rusiya ilə heç bir gərginlik yaşanmasını istəmədiyini deyib.

Baş vermiş insident məqsədli provokasiyaya oxşayır.
Sergey Lavrov

İstanbulda mərasimdə iştirak edən cənab Ərdoğan deyib ki, Rusiya təyyarəsi Suriya ərazisinə düşsə də, çərşənbə axşamı Türkiyə səmasında vurulub.

Türkiyənin digər rəsmiləri də təyyarənin sərhədi 2 km keçdiyini və Türkiyə səmasında təxminən 17 saniyə qaldığını bildiriblər.

XS
SM
MD
LG