Accessibility links

Belqorod vilayətində dron hücumu həyata keçirilib


Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun bildirdiyinə görə, dron partlayıcı qurğunu avtomobilin üzərinə atıb.

Qladkov yazıb ki, ilkin məlumata görə, qurban yoxdur, lakin avtomobilə ziyan dəyib. Sosial şəbəkələrdə hadisənin Belqorodskiy Polk küçəsində, yerli dəmiryol vağzalı yaxınlığında baş verdiyi qeyd edilib.

Dojd telekanalı iddia edir ki, partlayıcı qurğu ilə dron az qala şəhərin mərkəzinə qədər uçub. Jurnalistlər foto-şəkillərə əsasən zədələnmiş avtomobilin Belqorodskiy Polk küçəsi 33-ün yaxınlığında hərəkətdə olarkən vurulduğunu deyib. Dojd qeyd edir ki, hadisə "dəmiryol vağzalından altı dəqiqəlik piyada məsafədə" baş verib.

Qubernator pilotsuz uçuş aparatının kimə aid olduğu ilə bağlı heç nə yazmayıb.

Daha sonra Qladkov pilotsuz təyyarənin Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib. Qubernator deyib ki, ilkin məlumata görə, itki yoxdur və fəsadlar əməliyyat xidmətləri tərəfindən aydınlaşdırılır.

Mayın 23-nə keçən gecə Belqorod vilayəti naməlum pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Çox ehtimal ki, Belqoroddakı Federal Təhlükəsizlik Bürosunun binasında partlayış səsi eşidilib. Bu partlayışların diversantlar tərəfindən edilib-edilmədiyi barədə məlumat verilməyib.

Diversantların bölgəni işğal etməsindən sonra, mayın 22-də Belqorod vilayətində "antiterror əməliyyatı" rejimi tətbiq edilib.

Ukrayna tərəfində döyüşən könüllülərdən ibarət "Rusiya Azadlığı Legionu" bildirib ki, "Rusiya Könüllülər Korpusu" ilə birlikdə Belqorod vilayətindəki Kozinka qəsəbəsini azad edib, ön dəstələr isə Qrayvorona daxil olub".

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG