Accessibility links

Ukrayna təhlükəsizlik səbəbindən hava məkanını mülki uçuşlar üçün bağlayır


Ukrayna cümə axşamı təhlükəsizliyə "yüksək risk" olduğu üçün hava məkanını mülki uçuşlar üçün bağladığını bildirib. Avropanın aviasiya tənzimləyicisi də öz növbəsində hərbi fəaliyyətlər səbəbindən Rusiya və Belarusun həmsərhəd bölgələrində uçuşlara təhlükə barədə xəbərdarlıq edib.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı Ukraynanın şərqində Avropanın müharibənin başlanğıcı kimi görünən hərbi əməliyyatlara başlayıb.

Ukrayna Dövlət Hava Yolları Xidməti cümə axşamı özünün internet səhifəsində yerli vaxtla saat 00:45-dən başlayaraq ölkənin hava məkanının mülki uçuşlar üçün bağlandığını və hava hərəkəti xidmətlərinin dayandırıldığını bildirib.

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya və Belarusun Ukrayna ilə sərhədlərindən 185 kilometr məsafədə yerləşən hava məkanının da aviaşirkətlər üçün təhlükəsizlik riskləri yarada biləcəyini bildirib.

“Xüsusən də mülki təyyarələrin həm qəsdən hədəfə alınması, həm də yanlış identifikasiya riski var” – deyə, agentlik Münaqişə Zonası Bülletenində bildirib.

Aviasiya sənayesi 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysinin Ukraynanın şərqi üzərində vurulmasından sonra münaqişələrin mülki aviasiya üçün yaratdığı risklərə diqqətini artırıb.

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Rusiya Müdafiə Nazirliyinin cümə axşamı yerli vaxtla saat 00:45 etibarən silah və hərbi texnikadan istifadəsi səbəbindən Ukraynaya uçuş təhlükəsizliyinə yüksək risk ilə bağlı təcili mesaj göndərib və Ukraynanın hava nəqliyyatı idarəsindən uçuşları dayandırmağı xahiş edib.

Aviasiya işçilərinə göndərilən bildirişdə deyilib ki, Rusiya mülki aviasiya uçuşlarının "təhlükəsizliyini təmin etmək məqsədilə" Ukrayna ilə sərhədinin şərqindəki Rostov bölgəsinin hava məkanını da bağlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG