Accessibility links

Rusiyanın Donbas və Luqansk regionlarını müstəqil dövlət kimi tanıması Azərbaycanda naharatlıqla qarşılanır


Rusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki Donbas və Luqansk regionlarını müstəqil dövlət kimi tanıması Azərbaycanda geniş müzakirələrə yol açıb. Azərbaycan keçmiş Rusiya imperiyasının tərkibindən çıxandan sonra bu ölkənin hərbi qüvvələrini ölkədən çıxaran ilk müstəqil dövlət olub. Bununla yanaşı, Rusiya hərbçilərinin 2021-ci ildə sülhməramlı qüvvə kimi yenidən Azərbaycanın suverenliyində olan Dağlıq Qarabağa qayıtması ictimai və siyasi müzakiərlədə tənqidlə qarşılanıb. Bir çox ekspertlər Azərbaycanın ərazisində Rusiya hərbçilərinin olmasını ölkənin müstəqilliyi üçün təhlükə hesab edir.

Azərbaycanın rəsmi mövqeyi

Ukraynanın şərqində Donetsk və Luqansk regionlarının Rusiya tərəfindən müstəqil dövlət kimi tanınması ilə bağlı rəsmi Bakı hələ münasibət bildirməyib.

Amerikanın Səsinin bununla bağlı sorğusuna da rəsmi Bakı hələ cavab verməyib.

Bununla yanaşı, fevralın 6-da Azərbaycan prezidenti Ukrayna ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə bu ölkənin prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubunda bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Bundan öncə, yanvarın 14-də prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov: Rusiyanın qərarı böyük ziyanlı nəticələrə səbəb olacaq

Tofiq Zülfüqarov: Rusiyanın qərarı böyük ziyanlı nəticələrə səbəb olacaq
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə deyib ki, Rusiyanın qərarı həm bu ölkəyə, həm də Ukraynaya böyük zərər gətirəcək.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyan ölkələrin sırasında olacaq.
Tofiq Zülfüqarov, keçmiş xarici işlər naziri

“Hər iki tərəf Rusiyanın qərarından həm siyasi, həm də istisadi baxımdan böyük ziyanlı nəticələr görəcək. Buna heç kimin şübhəsi yoxdur. İndiki anda yeganə onu demək olar ki, müharibə təhlükəsi azalıb. Aydındır ki, o bölgələrdə Rusiyanın siyasət modeli ya Gürcüstandakı kimi olacaq, ya da Krımda olduğu kimi, bölgələri ilhaq edib özünə birləşdirəcək.”

Zülfüqarov hesab edir ki, Azərbaycanın bu regionla bağlı siyasəti dəyişməz olaraq qalacaq.

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyan ölkələrin sırasında olacaq. Eyni zamanda, Rusiyanın bu hərəkətləri Azərbaycana Qarabağ məsələsində hansısa səhvlərə yol verməmək üçün əsaslar verəcək,” o qeyd edib.

Keçmiş nazir Amerikanın Səsinin qərbin sanksiyalarına Rusiyanın nə qədər tab gətirə biləcəyi ilə bağlı sualının cavabında bildirib ki, bu, Rusiyanı düşündürməlidir.

“Amma, görünür ki, Qərb Rusiya ilə hansısa razılaşmalara gedəcək. Çünki Qərbin ikili siyasəti görünməkdədir. Neçə müddətdir Qərbin bəyanatları real köməklərindən çox oldu,” o qeyd edib.

Shain Haciyev
Shain Haciyev

Şahin Hacıyev: Rusiyanın aqressiyasının qarşısı alınmasa yeni demarşları olacaq

Turan İnformasiya Agentliyinin siyasi şöbəsinin redaktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, Rusiyanın Ukraynanın Donbas və Luqansk bölgələrini müstəqil dövlət kimi tanımasının çox ciddi nəticələri olacaq.

Şahin Hacıyev: Rusiyanın aqressiyasının qarşısı alınmasa yeni demarşları olacaq
please wait

No media source currently available

0:00 0:02:44 0:00

“İlk növbədə bölgədə uzunmüddətli gərginlik qalacaq. Hərbi münaqişə başlayıb və uzun müddətdir davam edir. Çünki ikinci dünya müharibəsindən sonra dünyanı idarə edən sistem get-gedə dağılmağa başlayıb. Ukraynada baş verən hadisələr, Putinin dünənki qərarı bunun konkret göstəricisidir. Əgər indiyədək dünyada ərazi bütövlüyü, suverenlik ən əsas prinsiplər sayılırdısa, bu gün böyük dövlətlər Rusiyanın timsalında, bunu dəyişə bilmələrini nümayiş etdirir. Bu çox ciddi siyasi fəsadlara gətirib çıxaracaq. Eyni zamanda Rusiyaya qarşı olan təzyiqlər getdikcə artacaq, ilk növbədə iqtisadi təzyiqlər, sanksiyalar və Rusiaynın bu hadisədən qazanmaq istədiyi dividentləri minmallaşdıracaq.”

Əgər indiyədək dünyada ərazi bütövlüyü, suverenlik ən əsas prinsiplər sayılırdısa, bu gün böyük dövlətlər, Rusiyanın timsalında, bunu dəyişə bilmələrini nümayiş etdirir. Bu çox ciddi siyasi fəsadlara gətirib çıxaracaq.
Şahin Hacıyev, siyasi şərhçi

Ekspert hesab edir ki, Rusiya iqtisadiyyatı Qərbin sanskiyalarına uzun müddət dözə bilər.

“Ona görə yox ki, potensialı var. Onlar öz tələbatlarını məhdudlaşdırmaq yolu ilə bunu edə bilərlər. Sovet dövrünü yada sala bilərik. Sovet dövründə SSRİ iqtisadiyyatı, əhalinin yaşayış səviyyəsi kifayət qədər aşağı olmasına baxmayaraq, dövlət güclü idi. İndi isə gənc nəsil və bir də Rusiya əhalisinin mentaliteti, bu siyasi dividentlər haradasa iqtisadi yaşayış səviyyəsinin aşağı düşməsini sanki konpensasiya edəcək. Rusiya iqtisadiyyatı zərər çəkəcək, itkiləri böyük olacaq, lakin çökməyəcək. Eyni zamanda, Rusiyada yaşayan gənc nəslin ölkədən köçməsi, xüsusən də kifayət qədər yüksək kvalifikasiyası olan mütəxəssislərin ölkəni tərk etməsi prosesi güclənəcək.”

Hacıyev hesab edir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan Rusiyanın BMT-nin əsas prinsiplərinə riayət etməməsi BMT-nin potensialının çökməsinin bir göstəricisidir.

Onun firkincə, Rusiya aqressiyasının Ukraynada qarşısı alınmasa onun yeni demarşları olacaq.

“Rusiya bunu gizlətmir. Ümumiyyətlə Rusiya elitasının iki əsas prinsipi var. Onu da gizlətmirlər. Birincisi, Rusiya istəmir ki, onun sərhədlərində anti-Rusiya dövlətləri olsun. Söhbət demokratiya və ya monarxiyadan getmir. İstənilən rejim ola bilər. Əsas odur ki, onlar Rusiyaya qarşı olmasın. İkinci, onlar öz sərhədlərində Amerikanı, Qərbin hərbi-siyasi qurumlarını görmək istəmir. Bu, NATO və Avropa İttifaqıdır. Bunları Rusiya hökuməti, elitası özlərinə düşmən hesab edir. Onlar bu qüvvələrin sərhədlərinə yaxın ərazilərdə olmasını özlərinə təhlükə sayırlar. Ukraynada baş verənlər də bu mövqeyin nəticəsidir,” o qeyd edib.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli: Putin məğlubiyyətini etiraf etdi

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Rusiyanın “Donbas Xalq Respublikasının” (DXR) və “Luqansk Xalq Respublikasının” (LXR) müstəqilliyini tanıması Putinin məğlubiyyətinin etirafıdır.

Putin yəqin ki, yenicə tanıdığı ərazilərdə müəyyən eskalasiyaya gedəcək, ancaq geniş mənada, Ukraynanı uduzduğunu özü də anlayır. Bütün diktatorlar və diktaturalar məhvə məhkumdur.
Gültəkin Hacıbəyli, siaysətçi

“O, əlindən gələni etdi ki, Ukraynanı qorxudub Minsk Anlaşmasının Rusiya tövsifində icrasına razı sala bilsin. Bu yolla Rusiya Ukraynanın federallaşmasına nail olmağı, Donbasdakı qurama rejim vasitəsilə bütövlükdə Ukraynanı nəzarətə almağı və bu ölkənin Avrointeqrasiya istiqmətindəki addımlarını sabotaj etməyi planlaşdırmışdı. Putin həmişəki kimi yenə blef edirdi, ancaq bu dəfə qarşısına Baydenin birləşdirə birliyi "kollektiv Qərb" və vətənləri uğrunda ölməyə hazır olan milyonlarla ukraynalını çıxdı.”

Hacıbəylinin fikrincə, başlıca məqsədinə çata bilməyən Putinin durumdan "guya üzüsulu çıxmaq" üçün oyuncaq rejimlərin müstəqilliyini tanımaqdan başqa yolu qalmayıb.

“Hamımız onun bunu necə həvəssiz etdiyini də izlədik: hədəf bütöv Ukrayna olduğu halda əlacsızlıqdan Donetsk və Luqanskla kifayətlənmək məcburiyyətində qalmaq ağır həzm edilən işdir. Bununla da bədnam Minsk Anlaşması tarixə qovuşdu, Ukraynanın və Qərbin əli-qolu açıldı. Putin yəqin ki, yenicə tanıdığı ərazilərdə müəyyən eskalasiyaya gedəcək, ancaq geniş mənada, Ukraynanı uduzduğunu özü də anlayır. Bütün diktatorlar və diktaturalar məhvə məhkumdur. Putinin Ukrayna fiaskosu bu prosesi önəmli dərəcədə sürətləndirəcək,” o qeyd edib.

Milli Şura və AXCP Rəsulzadənin abidəsini ziyarət edib
Milli Şura və AXCP Rəsulzadənin abidəsini ziyarət edib

Əli Kərimli: İşğalı Rusiyanın beynəlxalq təcridini daha da gücləndirəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Rusiyanın Ukraynanın suveren ərazilərində qurduğu oyuncaq "respublikaları" ("DXR" və "LXR") müstəqil dövlət kimi tanıması suveren Ukrayna ərazisini qoparıb işğal etmək cəhdidir.

Dünyada özünə hörmət edən heç bir normal dövlət Donbasın Ukraynadan qoparılmasını tanımayacaq.
Əli Kərimli, AXCP sədri

“Dünyada özünə hörmət edən heç bir normal dövlət Donbasın Ukraynadan qoparılmasını tanımayacaq. Ukrayna ərazilərinin işğalı Rusiyanın beynəlxalq təcridini daha da gücləndirəcək. Azərbaycan bundan sonra da Donetsk və Luqanskı Ukrayna ərazisi kimi tanımaqda davam etməlidir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG