Accessibility links

Ukraynalılar Rusiya vətəndaşlığı üçün müraciət edə bilər


Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi imzaladığı fərmana əsasən artıq bütün ukraynalılar Rusiya vətəndaşlığı üçün müraciət edə və tez bir zamanda vətəndaşlığı ala bilərlər.

Əvvəllər bu seçim yalnız Ukraynanın şərqindəki Donetsk və Luhansk vilayətlərinin sakinləri, eləcə də əsasən Rusiyanın nəzarətində olan cənub Zaporojye və Xerson vilayətlərinin sakinləri üçün idi.

Neçə nəfərin Rusiya vətəndaşlığı üçün müraciət edəcəyi bəlli deyil. Lakin 2019-cu ildə təklif Donetsk və Luhansk sakinlərinə edilib və 2022-ci ilə qədər Ukraynanın üsyançıların nəzarətində olan ərazilərdəki əhalinin təxminən 18%-i Rusiya pasportu alıb.

May ayında bu proqram Zaporojye və Xerson vilayətlərinin sakinlərini də nəzərdə tuturdu.

Ukrayna rəsmiləri Putinin fərmanı ilə bağlı hələlik heç bir şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG