Accessibility links

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın ərzaq təchizatına təsirləri


Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın ərzaq təchizatına təsirləri
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın ərzaq təchizatına təsirləri

Son dövrlər dünyada qida təminatında çatışmazlıqlarla bağlı xəbərdarlıqların sayı artmaqdadır. Bu amili Rusiya-Ukrayna münharibəsi daha da gücləndirib. Azərbaycanın qida təminatında da Rusiya və Ukraynadan idxal məhsulları mühüm yer tutur. Bir sıra ekspertlər müharibənin qida sabitliyi, yəni əhalinin uzun müddətli qida məhsulları ilə təminatı sahəsində risklər yaradacağını təxmin edir.

Belə ki, 2021-ci ildə Ukraynadan Azərbaycana 470,024 milyon dollar, Rusiyadan isə 2 milyard 74 milyon dollar məbləğində mal gətirilib. Ukrayna ilə ticarət əlaqələrində mal pozisiyası üzrə tütün məmulatı və siqaretlər, ərzaq məhsulları, dərman ləvazimatları üstünlük təşkil edir. Rusiyaya gəlincə, ötən il Rusiyadan Azərbaycana 293 milyon 235 min dollar məbləğində və ya 1 milyon 350 min ton həcmində buğda, bundan əlavə, 100 milyon dollar məbləğində uzununa doğranmış meşə materialları, 46 milyon dollarlıq bitki yağları gətirilib. Bu üç məhsul Rusiyadan idxalın 20 faizindən çoxunu təşkil edir.

Həm rəsmi qurumlar, həm də ekspertlər Rusiya-Ukrayna müharibəsi dövründə ölkədə əsas ərzaq məhsullarının qiymətlərinin sürətlə artdığını bildirir.

Əli Əsədov
Əli Əsədov

Baş nazir Əli Əsədov aprelin 12-də hökumətin iclasında bildirib ki, son üç ayda ərzaq infilyasiyası 18 faizə yüksəlib.

“Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır.”

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, xüsusilə taxılın qiyməti ən pik həddə qaldırılıb.

“Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq,” o qeyd edib.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

İqtisadi məsələlər üzrə ekspert Vahid Məhərrəmli Amerikanın Səsinə deyib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanda qida sabitliyində ciddi risklər yarada bilər.

“Biz buğdanı əsasən Rusiyadan idxal edirik. Rusiyadan buğda idxalı ümumi idxalın 98 faizini təşkil edir. Azərbaycan Rusiyadan ildə 1 milyon 350 min ton buğda idxal edir. Digər məhsullar, məsələn, kərə yağı, süd məhsullarını daha çox Ukraynadan idxal edirik. Təxminən idxalın 10 faizinədəkdir. Biz bitki yağına olan tələbatımızın daha çox hissəsini, təxminən 70 faizinə qədərini idxalın hesabına ödəyirik. Burada Rusiyanın payı 25 faizdir. Şəkərə olan tələbatımızın da 90 faizinədək hissəsini idxalın hesabına ödəyirik. Rusiyadan idxal olunan şəkərin həcmi 139 min tondur. Bu da tələbatın 50 faizə qədəridir. Biz həm də Rusiyadan daha çox ət, ət məhsulları, balıq idxal edirik,” ekspetrt qeyd edib.

Onun fikrincə, Azərbaycan qısa zamanda Rusiya və Ukraynadan idxal edilən məhsulları digər ölkələrdən idxalla əvəzləyə bilməyəcək.

“Çünki hər bir ölkə ilk növbədə öz tələbatını ödəməyə çalışır. Ölkələr həm də əvvəlki illərdən fərqli olaraq ehtiyat ərzaq toplamaq barədə düşünürlər. Ona görə ki, hamı ərzaq qıtlığından sığortalanmağa çalışır.”

Məhərrəmli ölkədə son dövrlər daha çox ərzaq məhsullarının qiymətinin bahalaşdığını deyib. Ekspertin fikrincə, hökumət qabaqlayıcı tədbirlər görməsə aztəminatlı ailələrin qida təchizatı getdikcə çətinləşəcək.

“Orta hesabla demək olar ki, Azərbaycan əhalisi əldə etdikləri vəsaitin 50 faizini ərzaq tələbatını ödəməyə xərcləyir. Daha yüksək əmək haqqı alanlar gəlirlərinin 20 faizini, gəlirləri az olan insalar isə gəlirlərinin 90 faizinədək hissəsini ərzaq və dərman üçün xərcləyir. Hesabalamalarımıza görə, hazırda ölkədə 3 milyon işsiz var. Onlar daha çox gəliri olan qohumlarından və yaxınlarından asılıdır. İndiki şəraitdə ərzaq məhsullarının qiyməti dayanmadan artır. Son bir ildə ərzaq məhsullarının, xidmətlərin, o cümlədən kommunal xidmətlərin qiymətləri bahalaşıb. Bütün bunlar aztəminatlı ailələrin qida təminatında problemlər yaradır,” o qeyd edib.

Rüfət Quliyev
Rüfət Quliyev

Milli Məclisin deputatı Rüfət Quliyev Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti ərzaq ehtiyaclarını ödəmək üçün alternativ mənbələr axtarır.

“Bu il taxıl daha çox Qazaxıstandan alınacaq. Bu ilin sonunadək ölkəmizin strateji ehtiyatları var. Ondan istifadə edə bilərik. Qiymətlərin daha çox artımına o qədər də inanmıram. Amma Rusiya-Ukratyna müharibəsi Azərbaycanın ərzaq təminatına təsir edəcək.”

Quliyev hesab edir ki, ölkədə infilyasiyanın böyük hissəsi idxal məhsulları ilə bağlıdır.

“Tələb-təklif qanunu pozulursa təbii ki, qiymətlərə təsir edir. Bu gün Azərbaycan hakimiyyəti birmənalı şəkildə daxili istehsalın artırılması məsələsini önə çəkib. İndi kiçik biznesə kifayət qədər şərait yaradılır. Mərkəzi Bankdan başlayaraq islahatlar gedəcək. Kreditlərin faizləri də azalacaq.”

Deputatın fikrincə, Azərbaycan ekstensiv inkişafdan intensiv inkişafa keçir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG