Accessibility links

Rusiya qüvvələri Donetsk vilayətinin Pokrovsk şəhərindəki yaşayış binalarını hədəf alıb. 7 nəfər ölüb, 88 nəfər yaralanıb


Avqustun 7-də Rusiya hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzindəki yaşayış binalarına raketlərlə zərbələr endirib, itkilər var. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Rusiyanın yalnız dağılmış və yanmış daşlar qoymağa çalışdığı Donbas. İki raket zərbəsi endirilib. Yaşayış binasına dəyib. Təəssüf ki, həlak olanlar var. Xilasedicilər və bütün lazımi xidmətlər hadisə yerindədir. İnsanlar xilas edilir" - deyə, Zelenski Teleqram kanalında yazıb.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Pokrovsk şəhərinə "İsgəndər" tipli raketlərlə hücumlar edilib. Nəticədə beş və doqquzmərtəbəli evlərə, özəl sektordakı yaşayış binalarına, mehmanxana, iaşə obyektləri, mağazalara və inzibati binalara ziyan dəyib.

Ukrayna Milli polisi məlumat verib ki, çərşənbə axşamı Kyiv vaxtı ilə saat 07:00-yə olan məlumata görə, ölənlərin sayı 7 nəfərə çatıb. Ölənlər arasında Dövlət Fövqəladə Hallar Xidmətinin Donetsk vilayəti üzrə baş idarəsinin rəis müavini Andrey Omelçenko da var. Həmçinin 5 mülki vətəndaş və Ukrayna Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub.

Pavel Kirilenkonun verdiyi məlumata görə, 88 nəfər yaralanıb. Yaralananlar arasında 31 polis əməkdaşı, 7 xilasedici, 2 hərbi qulluqçu və ikisi uşaq olmaqla 39 mülki vətəndaş var. Ukraynalı rejissor Mstislav Çernov Facebook səhifəsində onun çəkdiyi "Mariupolda 20 gün" sənədli filminin qəhrəmanlarından birinin yaralı polislər arasında olduğunu yazıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG