Accessibility links

Rusiya Ukraynaya qaz təchizatını bərpa edəcəyini deyib


Rusiyanın bildirdiyinə görə, Ukrayna qaza olan borcunun ilk ödənişini etdikdən sonra gələn həftə bu ölkəyə qaz təchizatı yenidən bərpa ediləcək.

Rusiya dövlətinin nəzarətindəki Qazpromun başçısı Aleksey Miller bu gün bildirib ki, Rusiyanın Avropa Birliyi və Ukrayna ilə əldə etdiyi multimilyonluq razılaşmaya əsasən Rusiya qazı Ukraynaya və Avropanın bir hissəsinə nəql ediləcək.

Cənab Miller bu razılaşmanın həyata keçirilməsinin Ukraynanın borclarını ödəməsindən asılı olduğunu deyib və əlavə edib ki, ödəniş gələn həftə həyata keçirilməlidir.

Qazprom Ukraynaya qaz təchizatını bu ölkənin borclarını ödəmədiyinə görə bu ilin iyun ayından dayandırıb.

XS
SM
MD
LG