Accessibility links

Taxıl ixracı razılaşması ilə bağlı şübhələr fonunda qlobal ərzaq məhsullarının qiymətləri sürətlə artır


Rusiyanın keçən həftənin sonu Qara dənizdəki mülki yük gəmilərinin “təhlükəsizliyinə” zəmanət verə bilməyəcəyini və humanitar dəniz dəhlizinə dair sazişdən çıxacağını elan etməsindən sonra bazar ertəsi qlobal bazarda buğda və qarğıdalı qiymətləri kəskin şəkildə qalxıb.

Ukrayna limanlarından dünyanın qalan hissəsinə taxıl daşınması qısa bir müddətə dayandıqdan sonra bazar ertəsi bərpa edilsə də, ekspertlər razılaşmanın pozulmasının gələcəkdə fasilələrə səbəb olaraq, qiymətlərin daha da yüksələ biləcəyindən narahatdır.

Ukraynadan taxıl daşınması ilə bağlı yeni qeyri-müəyyənlik BMT-nin Ümumdünya Ərzaq Proqramı da daxil olmaqla, dünya boyu yardım qruplarının qlobal aclıq böhranı barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 2019-2022-ci illər arasında qlobal səviyyədə “kəskin qida çatışmazlığından” əziyyət çəkən insanların sayı iki dəfədən çox artaraq, 345 milyona çatıb. Agentliyin məlumatına əsasən, 50 milyon insan hazırda beynəlxalq yardım agentliklərinin istifadə etdiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının ən ağır qiymətləndirməsinə əsasən aclıq içərisindədir və ya aclıq astanasındadır.

“Biz təşəbbüsün pozulmasından məyus olduq. Biz ərzaq qiymətlərində özünü göstərməyə başlayan artımları izləyirik. Lakin biz eləcə də davam edən qlobal ərzaq böhranı səbəbindən bu il və gələn il davamlı iqtisadi sarsıntıları və ərzaq problemləri ilə bağlı proqnozları izləyirik,” ABŞ-da yerləşən Mercy Corps yardım təşkilatınn qida təhlükəsizliyi şöbəsinin direktoru Ketrin Maldonado Amerikanın Səsinə deyib.

Ukraynadan ixraca qoyulan məhdudiyyətlər özü-özlüyündə hazırkı ərzaq böhranına səbəb olmayıb. Bununla belə, Maldonado deyib ki, "bunun nəticəsində ərzaq qiymətlərinin qalxması qlobal təsirə malik ola bilər".

Rusiyanın Ukraynaya fevral ayında başlayan müdaxiləsi, dünyanın ən böyük tədarükçülərindən biri olan bu ölkədən buğda, qarğıdalı və digər kənd təsərrüfatı mallarının daşınmasını müvəqqəti olaraq dayandırdı.

Avqust ayında Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlar zamanı Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri mülki yük gəmilərinin Qara dənizdən keçərək, Aralıq dənizinə hərəkətinə imkan verəcək humanitar dəhlizin yaradılması barədə razılıq əldə edib.

Razılaşmaya əsasən, Ukrayna və Rusiyaya gedib-gələn gəmilər Türkiyə sularına çatdıqda döyüş materialları və ya digər qaçaqmalçılıq mallarının olmadığından əmin olmaq üçün yoxlamadan keçirilir.

Keçən həftənin sonuna qədər davam edən razılaşma avqust və oktyabr ayları arasında milyonlarla ton taxıl və digər ərzaq məhsullarının Ukrayna limanlarını tərk etməsinə imkan verib.

Şənbə günü Rusiya humanitar dəhlizin təhlükəsizliyinin təmin edilməsində iştirak edən Ukraynanın hərbi və mülki gəmilərə hücum etdiyini iddia edərək, proqramdan çıxdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG