Accessibility links

Rusiya qüvvələri Ukraynanın şərqini və cənubunu atəşə tutub


Ukrayna ordusu bazar ertəsi Rusiya qüvvələrinin Donbasın şərqində, eləcə də Xerson və Nikolayev ətrafındakı şəhərlər olmaqla, Ukraynanın cənubundakı əraziləri intensiv atəşə tutduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında həmçinin bildirilir ki, Zaporojyenin şərqində və cənubunda yerləşən şəhərləri də tanklardan atəşə və hava hücumlarına məruz qalıb.

Zaporojye Atom Elektrik Stansiyasının ətrafında gərginlik artıb. Tərəflər bir-birini stansiyanın ətrafını atəşinə tutmaqda ittiham etməyə davam edir. Rusiya bu obyekti mart ayında, Ukraynanı işğal etdikdən az sonra ələ keçirib.

Zavodun operatoru bildirdi ki, son bir həftədə raket zərbələrinin artması səbəbindən stansiya radiasiya və yanğın standartlarının pozulma riski altındadır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri döyüşlər dayandırılmadığı və müfəttişlərin obyektin içərisinə buraxılmadığı təqdirdə “nüvə fəlakətinin real riskinin” olduğunu deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi video müraciəti zamanı rusları Prezidenti Vladimir Putinin fevralın sonunda başladığı müharibəyə qarşı çıxmağa çağırıb. Zelenski deyib ki, müharibəyə biganə qalan Rusiya vətəndaşları onu dəstəkləyir.

“Harada olmağınızdan asılı olmayaraq - Rusiya ərazisində və ya xaricdə, Ukraynaya dəstək verməlisiniz ki, bu da müharibəyə qarşı çıxmaq deməkdir,” Zelenski bildirib.

O, həmçinin Avropa İttifaqının Rusiyadan olan səyahətçilər üçün potensial viza qadağasını dəstəklədiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının icarəyə götürdüyü 23 min metrik ton Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi aclıqla üzləşən bir xalqa yardım məqsədi ilə bazar günü müharibədən zərər çəkmiş Ukraynadan Efiopiyaya yola düşüb.

Liberiya bayrağı altındakı “Brave Commander” gəmisi Ukraynanın Odessa şəhərinin şərqindəki Yujnı limanından yola düşüb. Taxılın BMT-nin Ümumdünya Ərzaq Proqramı təşəbbüsü çərçivəsində Efiopiyanın Çibutiyə limanında boşaldılması və təhvil verilməsi planlaşdırılır.

Ukrayna və Rusiya fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən böyük ixrac fasilələrinə son qoymaq üçün Qara Dənizdə taxıl təchizatını bərpa etmək üçün Türkiyə və BMT ilə üç həftə əvvəl razılıq əldə edib.

XS
SM
MD
LG