Accessibility links

Rusiya üç Baltikyanı ölkənin konsulluqlarını bağlayır, əməkdaşlarını ölkədən çıxarır


Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Latviya, Litva və Estoniyanın ölkənin müxtəlif bölgələrindəki konsulluqlarını bağladığını və üç bu Baltikyanı ölkənin Moskvaya qarşı son diplomatik addımlarına cavab olaraq işçilərinin ölkəni tərk etmələrini tələb etdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin aprelin 21-də yaydığı bəyanatda deyilir ki, Riqaya Latviyanın Sankt-Peterburq və Pskovdakı konsulluqlarının, Tallinə Estoniyanın Sankt-Peterburqdakı konsulluğunun və Pskovdakı ofisinin, Vilnüsə Litvanın Sankt-Peterburqdakı konsulluğunun bağlanmalı olduğu barədə məlumat verilib.

Bu açıqlama Latviya və Estoniyanın Rusiyanın Ukraynaya davam edən əsassız işğalı ilə əlaqədar Rusiya konsulluqlarının bağlanması, Litvanın isə Moskvanın Kyivə təcavüzünə görə Rusiyanın səfirini ölkədən çıxarmasından bir neçə gün sonraya təsadüf edir.

Moskva Ukraynaya təcavüzlə bağlı Rusiya diplomatlarını ölkələrindən qovan Avropa İttifaqı üzvlərinə qoşulan Latviya, Litva və Estoniyanın 10 diplomatını ölkədən mart ayında çıxarmışdı.

Aprelin 21-də Estoniya Rusiyanın Ukraynadakı müharibəsinin tərəfdarlarının istifadə etdiyi "Z" və "V" simvollarının nümayişini qadağan edən Latviya və Litvaya qoşulub.

Estoniya və Latviya qanunvericiləri də aprelin 21-də Rusiyanı Ukrayna xalqına qarşı soyqırımda ittiham edən qətnamələr qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG