Accessibility links

Rusiya Ukraynaya 18 raket atıb; Kyiv raketlərin çoxunun vurulduğunu bildirir


Rusiya Ukraynaya səhər erkən saatlarda 18 raket zərbəsi endirib və Ukrayna hava hücumundan müdafiə qüvvələri isə onların demək olar ki, hamısının vurulduğunu bildirib.

Mayın 1-də hava hücumu sirenlərinin üç saatdan çox səsləndiyi bu hücumlar nəticəsində ölənlər və dəyən zərər barədə açıqlama verilməyib.

Ukraynanın baş komandanı, general Valeriy Zalujnının Telegram kanalında bildirilib ki, raketlər yerli vaxtla gecə saat 2.30 radələrində Rusiya zavodlarından atılıb. Bildirildiyinə görə, atılan 18 raketdən 15-i vurulub.

Kyiv şəhərinin rəsmiləri paytaxta yönəldilmiş bütün raketlərin məhv edildiyini deyib.

Şəhər administrasiyası bildirib ki, "[ilkin məlumatlara] görə, mülki əhali arasında tələfat, yaşayış obyektləri və ya infrastrukturun dağılması qeydə alınmayıb".

Rusiya Müdafiə Nazirliyi öz növbəsində qüvvələrinin Ukrayna mövqelərinə raket zərbələri endirdiyini bildirib və bütün raketlərinin təyin olunmuş hərbi obyektləri vurduğunu iddia edib.

Xarkiv, Dnepropetrovsk və Sumi vilayətlərində də partlayışlar qeydə alınıb.

Pavlohradın Dnepropetrovsk rayonunda gecə yarısından bir qədər əvvəl bir sənaye obyekti, eləcə də regionun ayrı-ayrı yerləri raket hücumuna məruz qalıb. Obyektdəki yanğın gecə səmasını saatlarla işıqlandırıb.

Son günlər Ukraynada və ölkənin Rusiya tərəfindən işğal olunmuş bölgələrində Qara dənizdə Krım yarımadasında yanacaq anbarında partlayış da daxil olmaqla, hava hücumları və partlayışların sayının artdığı müşahidə edilir.

XS
SM
MD
LG