Bazar ertəsi, oktyabrın 16-na keçən gecə Rusiya qoşunları Ukraynaya raketlər və pilotsuz təyyarələrlə hücum edib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Dnepropetrovsk, Xmelnitski, Kirovohrad və Poltava vilayətlərində partlayışlar olub, 4 nəfər yaralanıb.
Poltava Vilayəti Hərbi Administrasiyasının rəhbəri Filip Pronin Rusiya ordusunun atdığı raketlərdən birinin Poltava vilayətinin Mirhorod rayonuna düşdüyünü bildirib.
"Xoşbəxtlikdən mülki və ya əsas infrastruktura heç bir zərər dəyməyib. Amma raket qalıqları bir neçə fərdi yaşayış evinə ziyan vurub. İlkin məlumata görə, 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb. Ölən olmayıb" - deyə, rəsmi öz Telegram kanalında yazıb.
Kirovohrad Vilayət Polis İdarəsinin rəisi Andrey Raykoviçin sözlərinə görə, rayonun atəşə tutulması nəticəsində yaralanan bir nəfər xəstəxanaya çatdırılıb. "Mülki infrastruktura zərəkr dəyməyib" deyə, bildirib.
Xmelnitski Vilayəti Hərbi Administrasiyası rəhbərinin birinci müavini Serhiy Tyurinin sözlərinə görə, Rusiya ordusu bölgəyə "Şahed"lərlə hücum edib. O, qeyd edib ki,"Bölgədə hava hücumundan müdafiə sistemi aktiv idi. Dağıntı və itki yoxdur".
Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Serhiy Lısak Rusiya hərbçilərinin bölgəyə iki raket atdığını bildirib. Lısak "Onlardan biri "Vostok" Cənub Hərbi Komandanlığının hərbi qulluqçuları tərəfindən vurulub. İkincisi isə Dnepr vilayətinin ərazisinə düşüb" deyib. O, ölən və yaralananların olmadığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı gecə saatlarında Rusiya qoşunlarının dronlar, ballistik və idarə olunan aviasiya raketlərindən istifadə etməklə, Ukraynaya bir neçə istiqamətdən hücum etdiyini müəyyən edib.
Forum