Accessibility links

Britaniya Müdafiə Nazirliyi: Rusiya Krım yarımadasının şimal sərhədini möhkəmləndirmək üçün `xüsusi səy` göstərir


Krım sərhədində müdafiə işlərinin peyk görüntüsü
Krım sərhədində müdafiə işlərinin peyk görüntüsü

Britaniya Müdafiə Nazirliyi bazar ertəsi Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, "Rusiya son onilliklər ərzində dünyanın ən geniş hərbi müdafiə sistemlərindən birini inşa edib".

Twitter səhifəsində dərc olunan hesabatda Medvedevka kəndi yaxınlığında çox güclü müdafiə zonası da daxil olmaqla, Rusiyanın işğal olunmuş Krımın şimal sərhədini gücləndirmək üçün "xüsusi səylər göstərdiyini" göstərən görüntülərin olduğu deyilir.

Bundan əlavə, nazirliyin məlumatına görə, Rusiya Belqorod və Kursk vilayətlərində, eləcə də "Beynəlxalq səviyyədə tanınmış Rusiya ərazisi daxilində yüzlərlə kilomert xəndəklər qazıb".

Məlumatda bildirdiyinə görə, xəndəklər onu göstərir ki, Rusiya Ukraynanın "böyük irəliləyiş" əldə edə biləcəyindən narahatdır. Bununla belə, nazirlik bildirib ki, bu işlərin bəziləri "yəqin ki, yerli komandirlər və mülki liderlər tərəfindən Rusiyanın Ukrayna və NATO tərəfindən "təhdid edildiyi" barədə rəsmi xəbəri təbliğ etmək cəhdlərinin bir hissəsi olaraq tapşırılıb".

Ukrayna Baş Prokurorluğu bazar günü Telegram mesajlaşma proqramında dərc olunan hesabatda bildirib ki, Rusiyanın bir ildən çoxdur davam edən müdaxiləsi Ukraynada azı 477 uşağın ölümünə və 1000-ə yaxın uşağın yaralanmasına səbəb olub.

Ən çox itkilər Donetsk və Xarkiv vilayətlərində qeydə alınıb. Donetskdə 452, Xarkivdə 275 uşaq ya ölüb, ya da yaralanıb. Hesabatda qeyd edilib ki, hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərdən və ya döyüş əməliyyatlarının davam etdiyi ərazilərdən məlumatlar daxil olmadığı üçün uşaqlar arasında itki sayının daha yüksək olacağı gözlənilir.

Rusiyanın cümə günü Uman şəhərinə etdiyi hücum zamanı ölən iki uşaq bazar günü dəfn edilib. Rusiyanın Umandakı yaşayış binasına hücumu nəticəsində 6-sı uşaq olmaqla, 23 nəfər həlak olub.

XS
SM
MD
LG