Accessibility links

Rusiya Ukrayna dronlarının Moskvaya hücum etdiyi barədə məlumat yayıb


Rusiya rəsmiləri çərşənbə axşamı Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskvanı hədəf alan Ukraynanın bir neçə pilotsuz uçuş aparatını vurduğunu, dronlarından birinin qalıqlarının Rusiya paytaxtında çoxmərtəbəli binanı zədələdiyini bildirib.

Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, həmin bina bazar günü Ukraynanın daha bir dron hücumu zamanı vurulan eyni binadır.

Çərşənbə axşamı edilən hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Ukrayna dronları iyul ayında Rusiya paytaxtı ərazinə dəfələrlə zərbələr endirib ki, bu, Rusiyanın Ukraynada apardığı müharibənin 18-ci aydır ay davam etdiyi bir vaxt Moskvanın zəifliyini nümayiş etdirir.

Kremldən bir neçə kilometr qərbdə yerləşən Moskva-Citi ticarət bölgəsini hədəf alan bu hücumlar müharibənin Rusiyanın mərkəzinə çatdığını hiss etdirərək, işəgötürənlər və işçilər arasında narahatlığa səbəb olub.

Moskva-Citi də daxil olmaqla, Rusiya paytaxtı ətrafında ofisləri olan "Yandex" texnologiya nəhəngi Rusiya paytaxtına hücumlar baş verdiyi zaman gecə saatlarında işçilərindən ofislərini tərk etməyi xahiş edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bazar ertəsi CNN kanalına Birləşmiş Ştatların Rusiya daxilində hücumları təşviq etmədiyini və ya buna yol vermədiyini deyib.

Rusiyanın Ukrayna şəhərlərinə hücumları ölən və yaralananların olması ilə nəticələnib və Ukrayna prezidenti Volodimir Zelenskini Ukraynanın uzaqmənzilli silahlara ehtiyacı olduğunu vurğulamasına səbəb olub.

Ukrayna rəsmiləri bazar ertəsi bildiriblər ki, Rusiyanın Ukraynanın cənubunda, Zelenskinin doğulduğu Kriviy Roh şəhərinə iki raket atılması azı 6 nəfərin ölümünə səbəb olub.

Regionun qubernatoru Serhiy Lısak şəhərdə matəm günü elan edərək, ölənlər arasında 10 yaşlı qızın və onun anasının olduğunu bildirib. Altısı 4-17 yaşlar arasında uşaqlar daxil olmaqla, 75 nəfər yaralanıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun bildirdiyinə görə, raketlər yaşayış və universitet binalarına düşüb.

Qubernatorun sözlərinə görə, qəzalı vəziyyətdə olan yaşayış binasından 150-yə yaxın sakin özü çıxa bilib, 30 nəfərə isə xilasedicilər yardım edib.

Forum

XS
SM
MD
LG